Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Cənab leytenant” mahnısının müəllifinin 55 yaşı qeyd edilib

13.07.18, 9:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə hərbçi, həkim, bəstəkar və şair Şahin Musaoğlunun anadan olmasının 55 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə AYB-in sədri, Xalq Yazıçısı Anar tarixən həkim peşəsinə yiyələnmiş insanların yazıçı və şairlər olduqlarını eşitdiyini, lakin bəstəkar kimi fəaliyyət göstərənlərə tək-tək təsadüf etdiyini bildirib. O, Şahin Musaoğlunun poeziyasının vətənpərvərlik ruhu üzərində kökləndiyini söyləyib. Onun hərbi çağırış kimi səslənən mahnılarının gənc nəslin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət daşıdığını bildirib. “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant”, “And içirik” və digər hərbi vətənpərvər ruhlu mahnılarını təkcə müəllifin deyil, müasir poeziyamızın uğuru adlandırıb.
Şahin Musaoğlunun 55 illik yubiley gecəsində onun həyatına həsr edilmiş film nümayiş olunub.
AYB-in katibi Rəşad Məcid, tanınmış şair Ramiz Rövşən və başqaları onun qələminin məhsulu olan vətənpərvər ruhlu şeirlərin bu gün daha çox gərək olduğunu bildiriblər.
Digər çıxış edənlər onunla olan xatirələrini bölüşüb, təkcə ziyalı deyil, insan kimi də müsbət xüsusiyyətlərindən danışıblar.
Yubiley mərasimində şairin şeirləri və şeirlərinə yazdığı mahnılar ifa olunub.
Tədbir “Oyuq teatrı”nın aktyorlarının ifasında tamaşa ilə davam edib.

Bu xəbər oxundu
- - -