Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında

16.07.18, 10:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Təbrizdə çıxan «Dilmanc» jurnalı 1918-ci il soyqırımında ölənlərin sayını 100 min nəfər, Əhməd Kəsrəvi «Azərbaycanın 18 illik tarixi» kitabında 130 min nəfər, Urmiyada çıxan «Nəvide Azərbaycan» qəzetində Camal Ayrumlunun məqaləsində 150 min nəfər göstərilir. Olayların üstündən 80 ildən çox bir vaxt keçdiyindən çoxlu qurbanların hesabdan kənarda qaldığı şəksizdir. Ermənilərin olmayan soyqırım haqqında geniş miqyasda böyük vay-şivən qopartdığı bir vaxtda, Xocalı faciəsinin dünya ictimaiyyətinə yetərincə çatdırılmadığı bir zamanda 100 ildən artıq bir vaxtda ermənilərin türklərə qarşı vaxtaşırı soyqırımları haqda həqiqətləri tədqiq edib ortaya çıxarmaq Güneyli-Quzeyli Azərbaycan ziyalılarının və ictimayyətin borcudur, soyqırım qurbanlarının ruhları qarşısında bizim vətəndaşlıq vəzifəmizdir.
Ermənilərin İranda özlərinə sığınacaq tapması Səfəvilər və Qaçarlar hakimiyyəti illərindən başlasa da, onların türklər əleyhinə fitnəkar fəaliyyəti əsasən Pəhləvi xanədanlığı dövründə (1925-1979) əl-qol aça bilmişdi. Zatən türkün qəddar düşməni olan Rza şah və onun oğlu Məmmədrza İranda yaşayan ermənilərin simasında Azərbaycan türklərinin kökünü kəsmək üçün İran məkanında özünə çox üzüyola həmkar tapa bilmişdi. Sarayda şərab hazırlamaqdan tutmuş, dərzi, dəllək, aşpaz, tərcüməsi və müəllimliyədək bütün peşələrdə özünə yer tapmış ermənilər ali dövlət vəzifələrini tutmağa qədər yüksələ bilmişdilər. Hansı peşədə və hansı vəzifədə işləməyindən asılı olmayaraq onlar öz fəaliyyətlərini türklərə qarşı açıq və gizli mübarizəyə yönəltmişdilər.
Məmmədrza şahın uşaqlıq və gənclik dostu olmuş və onun dövründə yüksək hərbi rütbəyə və vəzifəyə yüksəlmiş Hüseyn Fərdustun Tehranda çap olmuş iki cildlik xatirələrində (Pəhləvi sülaləsinin zühuru və süqutu) ermənilərin İrandakı fitnəkar fəaliyyətinə aid saysız hesabsız faktlardan söhbət açılır. Fərdustun yazısından bəlli olur ki, İran xəfiyyə idarəsi (SAVAK) ilə «Daşnaksütyun» partiyasını İran üzrə şöbəsi, «Erməni gizli-ordusu», «Erməni Tələbə və Gənclər ittifaqı», «Erməni Cəmiyyəti», «İrandakı Ermənilərin Keşiş Şurası» və s. bu cür anti-türk və terrorçu təşkilatlar arasında sıx əlaqə və əməkdaşlıq olmuşdu.
2001-ci il aprel ayının 22-də, qondarma “erməni soyqırımının ildönümünə bir gün qalmış İİR İslam Şurası Məclisində erməni deputatı Jerjin Abramyan üzdən İran erməni soyqırımı məsələsini bir daha qaldırmağa cəhd göstərmişdi. C.Abramyan demişdi: «Sionist rejim dəfələrlə sabit etmişdi ki, müttəfiqlərin yardımı və savaş gücünə söykənməklə, nəinki məsələnin ədalətli həllini güdmür, bəlkə həmişə Fələstin xalqının hakimiyyət haqqının danmasını düşü- nür».
Bu sözlərdən aydın olur ki, Abramyan soyqırım məsələsini qaldırmağına baxmayaraq, sionist rejim ilə Ermənistan rejiminin eyni məqsədə qulluq etdiyini göstərmək istəmişdi. Yəqin edirik ki, o öz soydaşlarına İİR-in Məclisi tribunasından bunu demək istəmişdi: «Siz nə qədər Amerikanın, Rusiyanın, Fransanın yardımına arxalansaz da, bu münaqişənin çıxış yolu deyil. Söz əslində bu olmalıdır. Amma Abramyanın məqsədi ayrıdır və o, Qarabağı Ermənistanın həqiqi ərazisi hesab edir".
Erməni deputatı daha sonra bildirir ki: «Qayda belədir ki, əldən getmişlərin (ölkənin) hörməti üçün bir neçə dəqiqə sükut keçirirlər. İstərdim bu qayda pozulub, fəryada çevrilsin. Bəlkə bəşəriyyətin yatmış vicdanı insanın insan əleyhinə etdiyi zülmdən ayıq düşsün». Abramyan düz buyurur. Bu günə kimi davam edən erməni cinayətinə göz yumulub, 100 il bundan qabaq qarşı-qarşı savaş nəticəsində qırılanları, gün məsələsinə çevirmək lazımdır. İranın, Təbriz, Urmiya, Səlmas, Xoy və başqa şəhərlərində erməni vəhşiliyi hələ də əhalinin ürəyindən silinməmiş, görəsən, bu, hansı vicdandan bəhs edir?
Zəngəzur, Xocalı faciəsindən bəlkə də xəbəri yoxdur! Erməni deputatı İİR hökumətindən və məclisindən istəmişdi ki, bu ölkə də, Rusiya, Yunanıstan, Fransa, İtaliya və sairə ölkələr kimi, üzdəniraq, erməni soyqırımını tanımağa can atsın [2001, 2 may].
Tehran universitetlərində təhsil alan, erməni yepiskopunun «Cahane Eslam» qəzeti müxbirinə müsahibəsindən hiddətlənən azərbaycanlı tələbələr Ardan Manukyana verdikləri cavabları aşağıdakı məsələlər ətrafında cəmləşdiriblər.
1. Xristian ilinin başlanması münasibəti ilə İrandakı xristianları təbrik edən bu ruhanidən yeni ildə regionumuzda yaşayan millətlərə sülh və əmin-amanlıq arzu edəcəyi, irqçiliyə və tarixi həqiqətlərin təhrif olunmasına qarşı çıxacağı gözlənilirdi. Lakin təəsüf ki, yepiskop Manukyan neçə ay əvvəl dediklərinin tam əksinə danışıb, Ermənistanın Qarabağ ermənilərini silahlandırılmasına və Ermənistan ordusunun Qarabağ hadisələrinə müdaxiləsinə haqq qazandırıb.
2. «Cahane Eslam» qəzeti müxbirinin sualına ... «Azərbaycanlılar mövcud olmamış Ermənistan torpağının bir parçası «Artsax» var idi, - deyən erməni keşişinin cavabından hiddətlənmiş tələbələr öz məktublarında yazırlar ki, heç bir sənəd və sübuta əsaslanmadan Ermənistanın tarixindən söz açanlar və «böyük Ermənistan haqqında xülyalar söyləyənlər bilməlidirlər ki, ictimaiyyət bu bəd niyyətlərdən xəbərsiz deyil. Qarabağdakı kilsələri, qəbirləri, daşları sübut kimi ortalığa gətirən bu yerin Ermənistan məxsus olduğunu söyləyən Manukyan bilməlidir ki, ölkənin coğrafi sərhədləri kilsə və gəbir daşları əsasında müəyyənləşsə, onlarca böyük məscidlər (o cümlədən İrəvandakı Göy məscid) Ermənistan ərazisində mövcud olub. Təbrizdə, Makuda, Salmasda, Tehranda, İsfahanda və İranın başqa şəhərlərində kilsələr var. Əgər tarixə yepiskopun məntiqsiz baxışı ilə yanaşılsa, onda deməli, bu şəhərlər də Ermənistanın ərazisi hesab edilməlidir. Bəlkə elə buna görə də İİR, Türkiyə, Suriya və İraq torpaqlarının bir hissəsi «Ermənistanın işğal olunmuş qərb torpaqları» adı altında «böyük Ermənistan» xəritəsinə daxil edib. Bu iddialar ermənilərin başqa torpaqları qəsb etmək niyyətdən doğur. Bu iştaha II Dünya müharibəsindən sonra Naxçıvan, sonra isə Qarabağ haqqında oldu, bəlkə sabah da «Davrij» yazdıqları Təbriz haqqında da olacaq...
3. Tehran universiteti tələbələri belə bir məsələ üzərində dayanırlar ki, yepiskop Manukyan heç bir əsas olmadan Qarabağı Ermənistan hesab edir və burada gedən müharibəni «Qarabağ Respublikası ilə Azərbaycan arasında gedən müharibə» adlandırır. Tələbələr öz cavablarında belə bir məntiqi sual ortaya qoyurlar və cavab verirlər ki, «əgər Qarabağ» Ermənistanındırsa, bəs ona Manukyanın «Qarabağ Respublikası" adlandırdığı qurum hansı formulaya əsaslanır? O, bu qurumun heç bir beynəlxalq rəsmi dairələr tərəfindən tanınmadığını deməyə qorxur, öz əqidəsi ilə Ermənistanın təcavüzkar dövləti ilə həmahəng və həmfikir olduğunu göstərir».
4. İran ermənilərinin baş yepiskopunun Qarabağdakı müharibə ilə əlaqədar 350 min qaçqının taleyindən narahat olduğuna və onlara köməklik göstərmək çağırışına cavab olaraq tələbələr yazır: «Əvvəla, bütün Qarabağ əhalisinin sayı bu rəqəmin yarısı qədərdi, sonra baş yepiskop bilir ki, müharibə Azərbaycan torpağının daxilində gedir. Buna görə də müharibənin mülki əhalidən ibarət qurbanları azər-baycanlılardı, nəinki ermənilər. Manukyanın qaçqınların taleyinə kiçik bir əlavəsi varsa o, inkar olunmaz bu məsələni gözünün qabağına gətirsin ki, Azərbaycan torpağının 20 faizdən çoxu erməni təcavüzkarının işğalı altındadır və bir milyon nəfərdən artıq Azərbaycan məzlumu öz evindən, yurd-yuvasından didərgin salınıb. Ermənistan ordu¬sunun bu cinayətləri qarşısında beynəlxalq ictimaiyyətin susmasından mütəəssi olan tələbələrin erməni yepiskopuna cavabının sonunda qeyd olunur ki, müharibənin tez qurtarmasına, sülh və ədalətin bərpa olunmasını əgər ağaye Manukyan doğrudan da arzu edirsə, bunun üçün hər şeydən əvvəl «böyük Ermənistan» xülyasından, başqalarının torpaqlarını qəsb etmək iddiasından əl götürməlidir».
İran hakim dairələrinin ermənipərəst mövqe tutmalarına baxmayaraq, İranda xüsusilə də Güney Azərbaycanda bəzi mətbu orqanları ermənilərin əməllərini elmi şəkildə ifşa edirlər. Bunlardan biri Güney Azərbaycanda nəşr edilən «Azərbaycanda yüzillik erməni cinayəti adlı jurnal [2004, 16 sentyabr] elmi əhəmiyyəti və faktoloji zənginiliyi ilə seçilən nümunə kimi maraq doğurur. Jurnalın giriş məqaləsində ermənilərin bu tarixi düşmənçiliynə dəstək verən siyasi, hərbi qüvvələrin ünvanını göstərməklə xəyanətin miqyasını diqqətə çatdırır.
Jurnalda yer alan ilk məqələ «Müsəlmanların ermənilər tərəfindən soyqırımı» adlanır. Əslində isə istər Türkiyədə, istərsə də İran və Azərbaycan ərazisində türklərə qarşı ən qanlı faciələri törədən ermənilər maskalanaraq XX əsrin sonunda Xocalıda analoqu olmayan soyqırım törətdilər. Məqələ müəllifi hər il aprelin 24-nü «faciə» günü kimi qeyd edən ermənilərin iblis simasını açmağa, azərbaycanlı qırğınlarını nəzərə çatdırmağa çalışır. Məqalə müəllifinin fikrinə görə, məkrli erməni siyasəti təkcə ərazi, torpaq iddialarında qalmır, islam mədəniyyətini parçalamaq, İranı müsəlman Türkiyəyə qarşı qoymaq, Azərbaycanı ikiyə ayırmaq və parçalanmış Azərbaycanın birliyini mümkünsüz hala gətirmək vəzifələrini həyata keçirir.

Sübhan Talıblı
Tarix üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -