Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

16 iyul Amerika tarixində qara gün oldu

18.07.18, 11:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ prezidenti öz ölkəsini dünya arenasında açıq şəkildə satıb
Amerikalı professor Cared Yeyts “The Globe And Mail”a (Kanada) bildirib ki, 16 iyul Amerika tarixində qara gün oldu. Çoxlarının tənqid etdikləri Donald Tramp və Vladimir Putin sammitinin nəticələrini öyrənmək üçün televizoru açan amerikalılara təsəvvür edilə biləcək ən çirkin mənzərələrdən birini təqdim ediblər: ABŞ rəhbəri qatil diktatorun çəkməsini yalayırdı.
Amma belə bir şey ilk dəfə baş vermirdi. Bir az qabaq az-az adam cənab Tramp və Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda dəhşətli görüşünün şahidi olub – Amerika bayrağı ilə Şimali Koreyanın, insanların qətlə yetirildiyi, həbsxanaya salındığı və insan ləyaqətindən məhrum edildiyi dəhşətli diktaturanın bayrağını yanaşı qoymağa imkan verən görüşün. Cənab Tramp həmin görüşdən sonra cənab Kimi tərifləmək və xalqın “onu necə sevdiyindən” danışmaq üçün hər imkandan faydalanıb.
“Strateq”in yazdığına görə, əlbəttə, hamımız artıq alışmışıq ki, bizim prezidentə parodiyamız amansız qatillərin qarşısında sülənir, amma bazar ertəsinin mətbuat konfransı tam başqa bir hadisə oldu: cənab Tramp öz ölkəsinin kəşfiyyat agentliklərinin 2016-cı il prezident seçkilərinə dair rəyini aşkar şəkildə rədd və cənab Putinin süst inkarını yalnız təkrar etdi. Cənab Trmp dünya səhnəsində durmuşdu və dissidentləri öldürən, kürəsəl demokratiyaya dəfələrlə müdaxilə edən adamla və xidmət etməli olduğu ölkənin maraqlarına qarşı razılaşdı. Cənab Tramp xarici düşmənə yardım etdi.
Özəl prokuror Robert Müller – FTB veteranlaının hamısının sayğı bəslədiyi adam – Rusiyanın 12 vətəndaşını qarətdə və Trampı seçkilərdə dəstəkləmək qəsdilə oğurlanmış məlumatın ötürülməsində ittiham edəndən bir neçə gün sonra ABŞ prezidenti düşmənin tərəfində durdu. Trampın keçmişdə həyata keçirdiyi cinayətlər haqda məlumatları diqqətlə yoxlamaq üçün xeyli vaxtımız olacaq. Cənab Müller təhqiqat çərçivəsində yalan və sui-qəsd iplərini səliqəli çözür ki, rusllarlıa kimin işbirliyinə girdiyini, bu cinayətdən kimin mənfəət götürdüyünü və bunu gizlətmək üçün kimin durmadan əlləşdiyini aydınlaşdırsın.
Şübhəsiz, qarşımızda çoxsaatlıq istintaqlar durur – 2012-ci ildə Liviyada Amerika diplomatik missiyasına hücumla bağlı istintaq bunun yanında dostluq söhbəti kimi görünəcək. Hesabatları, pul köçürmələrinin təsdiqini, elektron məktubları və gizli məlumatları gözümüzlə görəcəyik. Müller əlbirlik haqda cənab Trampın seçkiqabağı qərargahının keçmiş başçısı Pol Manfort və prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinnin adları keçən işi açmaq üçün artıq yetərincə material toplayıb. Prezidentin kürəkəni Cared Kuşnerin və baş prokuror Ceff Səşnsin artıq hamıya məlum görüşləri cənab Trampın yaxınlarıyla rusiyalılar arasında şübhəli təmaslar sırasına düşüb. Bu, cənab Trampın seçkiqabağı qərargahında hər şeyin təmiz olmadığı haqda çoxları ilk dəfə eşidərkən artıq hamıya məlum sirr və 2016-nın yayından siyasi prosesimizin üzərindən asılmış rüsvaylıq idi. Həm də bu rüsvaylıq ləkəsi durmadan böyüyür. O, cənab Trampın müttəfiqlərimizlə – Kandada, Böyük Britaniyada, Almaniyada, Fransada – görüşlərin üzərindən asılı qalıb və bu gedişatda onları daim təhqir edib. Arada adama elə gəlirdi ki, Donald Tramp ya alyans və ticari sazişlərdən çıxmaqla, ya da inamı sarsıtmaq yoluyla bütün sistemi tamamilə dağıtmağa səy edir. O, nəticələr haqda qətiyyən düşünmədən bütün bunları edib və sanki bu cür anlarda onu hansısa görünməz bir qüvvə yönəldir.
Onun Şimali Atlantika Müqaviləsi Təşkilatına Rusiya təcavüzünə qarşı durmaq niyyətilə yaradılmış hərbi alyansa nifrətli münasibətinə baxılsa, daha böyük nəyinsə əlamətlərini görərik. Tramp ruslarla sıx əlaqələrinin yarandığı andan NATO-ya həmişə köhnəlmiş təşkilat deyir və onu ya zəiflətmək, ya da onun divarlarını üzvlərin başına yıxmaq hədəsi gəlir. O, ötən həftə Brüsseldə NATO sammitini faktiki olaraq təkbaşına pozaraq müttəfiqlərimizin və bütünlükdə alyansın məqsədlərinə şübhə edib. Elə bil, kimsə onu belə bir missiya ilə ora qəsdən göndərmişdi.
Bütün bunlar ancaq təxminlərdir. Cənab Müllerin qənaətləri cənab Trampın yalançılığına işarə edən, hazırda bizdə olan yeganə dəlillərdir və onun sayı günbəgün çoxalsa da, biz hələ də yekun hökmü gözləyirik. Biz bədəl saatını hökmən gözləyəcəyik, amma artıq indi görürük ki, həqiqət nədən ibarətdir.
ABŞ prezidenti öz ölkəsini dünya arenasında açıq şəkildə satıb. Biz onun niyə belə hərəkət etdiyi haqda dartışa bilərik – bu, mülahizələrdə səhvmi, lider rolunu üzərinə götürmək qabiliyyətsizliyimi idi, ya sadəcə, onun tam kuratoru çıxa biləcək adama sayğılı münasibətin nəticəsiydi. Trampın Helsinkidə etdiyini nə üçün etdiyini və ən təhlükəli xarici düşmənlərimizdən birinə niyə yardım etdiyini bilmirik. Amma cənab Trampın bu ən ağır cinayəti necə həyata keçirdiyini gözlərimizlə gördük. Biz prezidentin özünün bu vəzifəni tutmaqdan özünü necə məhrum etdiyini gördük. Özü tezliklə istefa verməsə, yaxud üzr istəyərək öz davranışını izah etməsə, ölkəmizin rifahı naminə onu bu vəzifədən götürmək lazımdır.

Bu xəbər oxundu
- - -