Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Polşa Universitetinin müəllimləri Qərbi Kaspi Universitetində mühazirə oxuyacaq

18.07.18, 11:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qərbi Kaspi Universiteti “Erasmus+” proqramı çərçivəsində xarici universitetlərlə müəllim və tələbə mübadiləsi əməkdaşlığını davam etdirir. Universitetdən bildirilib ki, layihə çərçivəsində növbəti tədris ilinin sentyabr ayında Polşanın Nikolay Kopernik Universitetinin müəllimləri Przemislav Çarzinski və Marçin Svitoniak turizm ixtisası üzrə təhsil alan tələbələr üçün mühazirələr oxuyacaqlar. Mühazirələr dünya ölkələrində coğrafi, tarixi, etnik, mədəni və turizm məsələləri, bir sıra regionlarda torpaqların dağılmasının əsas növlərinin nəzərdən keçirilməsi və bunun ekoloji qaçqınların miqrasiyasına və turizm məsələlərinə təsiri, macəra və adrenalin turizm məsələləri, kulinariya və s. istiqamətləri əhatə edəcək.
Proqram çərçivəsində, eyni zamanda, Qərbi Kaspi Universitetinin müəllimi Nikolay Kopernik Universitetində dərs deyəcək. Universitetin biznes məktəbinin dekanı Konül Hilal 2018-ci ilin oktyabr ayında Nikolay Kopernik Universitetində bir həftə ərzində “Turizmdə marketinq” mövzusunda mühazirələrlə çıxış edəcək.

Bu xəbər oxundu
- - -