Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İranda sərmayə yatırmaq təhlükəlidir”

19.07.18, 10:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa İnvestisiya Bankının prezidenti: “Tehranla əməkdaşlıq edə bilmərik”

Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer iyulun 18-də Brüsseldə jurnalistlərə verdiyi açıqlamasında İranda sərmayə qoyuluşunun təhlükəli olmasından danışaraq, başçılıq etdiyi qurumla İran arasında əməkdaşlığın qeyri-mümkün olduğunu bəyan edib.
Mərkəzi qərargahı Lüksemburqda olan Avropa İnvestisiya Bankının prezidentinin açıqlaması, Avropa Parlamenti deputatlarının bu bankın İranla əməkdaşlığını davam etdirməsinə icazə verən layihəyə müsbət səs verməsindən iki həftə sonraya təsadüf edib.
Verner Hoyer bildirib ki, Avropa İnvestisiya Bankı hazırda İranla əməkdaşlıq etməməyə üstünlük verir: “Baxmayaraq ki, biz İranla imzalanmış nüvə sazişinə dəstək veririk, lakin İran bizim aktiv rol oynamaq istədiyimiz bir ölkə deyil. Bizim bank, İranda sərmayə yatırmaqla özünün beynəlxalq əməliyyatlarını təhlükəyə sala bilməz.
Bir məsələni nəzərə almaq lazımdır. O da budur ki, əgər biz İranda fəaliyyət göstərsək, Avropa Birliyinin İnvestisiya Bankının ticarət modelinə xələl gətirmiş olarıq. Biz isə bunu istəmədiyimiz üçün İranla əməkdaşlıq edə bilmərik. Bundan başqa, hazırkı vəziyyətdə heç bir Avropa bankı yoxdur ki, İranla əməkdaşlığa razı olsun”.
Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.
Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr Amerikanın qadağalarından ehtiyatlanan dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

Bu xəbər oxundu
- - -