Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub

19.07.18, 10:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub.
Açılış mərasimində Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko, xarici ölkələrin Ukraynadakı səfirləri və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Əbülfəs Qarayev, Yevgeni Nişuk, Aleksandr Spasibko və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev parkın rəmzi açılışını bildirən lenti kəsiblər.
zərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında şəhərin mənzərəli yerində belə bir park salınıb: “Səfirlik Ukrayna ərazisində bir neçə bu cür istirahət parklarının salınması üçün işlərini davam etdirəcək. Azərbaycan mədəniyyətini, tarixini dünyada tanıdan nüfuzlu şəxslərin adlarını daşıyan parkların yaradılması xalqımızın milli, mənəvi dəyərlərinin necə zəngin olduğunun göstəricisidir”.
Kiyevin mərkəzində belə bir parkın açılmasının tarixi hadisə olduğunu qeyd edən nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə parkın açılışı ilə bağlı ölkəmizdən böyük nümayəndə heyəti iştirak edir.
“Bu park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəni olacaq. Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir. Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”, - deyə nazir bildirib.
Müslüm Maqomayevin Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etdiyini vurğulayan Ukraynanın mədəniyyət naziri çıxışında deyib ki, o bir çox xalqların sarsılmaz mədəni əlaqələrinin təcəssümüdür.
Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanov Müslüm Maqomayev kimi dahi şəxsiyyətin heykəlinin müəllifi olduğu üçün özünü xoşbəxt saydığını bildirib.

Bu xəbər oxundu
- - -