Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan dövləti gənclərə güvənir”

20.07.18, 11:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır".
Bunu dünən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XV Hesabat-Seçki Qurultayında Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib.
Y.Məmmədəliyev qeyd edib ki, Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil:
"Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində Gənclər Təşkilatları Milli Şurası gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir".
Şöbə müdiri deyib ki, ARGTMŞ Avropa və Asiyada özünü etibarlı tərəfdaş kimi tanıdıb:
"Şura dövlət qurumlarının da etibarlı tərəfdaşına çevrilib. ARGTMŞ bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak edib. Hər bir gənclər təşkilatları gənclərin problemlərini, mövqelərini toplamalı, Gənclər Təşkilatları Milli Şurasına təqdim etməli və bu məsələlər təhlil edilərək ümumiləşdirilməlidir".

Bu xəbər oxundu
- - -