Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Serbiya mətbuatı girovlarımızdan yazıb

23.07.18, 10:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və valideynlərinin məzarlarını ziyarət etmiş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsinin, Həsən Həsənovun isə qətlə yetirilməsinin 4-cü ildönümü ilə əlaqədar Serbiyanın nüfuzlu KİV-dən olan “Danas” qəzetində “Azərbaycan Əsgərov və Quliyev üçün azadlıq axtarışında” və “BALKANİN” informasiya saytında “Azərbaycan mülki şəxsləri dörd il sonra” başlıqlı məqalələr dərc edilib.
Azərbaycanın Serbiyadakı səfirliyindən verilən məlumata görə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma rejimin Ermənistan tərəfindən “Dağlıq Qarabağ Respublikası” adlandırıldığı qeyd edilərək, bu qurumun Ermənistanın göstərişi və nəzarəti altında olduğu bildirilir.
Məqalələrdə vurğulanır ki, D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsdən əvvəlki və sonrakı görüntüləri onların erməni girovluğunda qeyri-insani rəftara məruz qaldığını açıq şəkildə sübut edir. Daha sonra girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarına zidd olaraq, Ermənistan tərəfinin Azərbaycanın humanitar hüquq normalarına əməl olunmasına və mülki şəxslərin azad edilməsinə dair çağırışlarına məhəl qoymadığı ifadə edilir. Eyni zamanda Ermənistanın bu qeyri-humanist və qeyri-konstruktiv mövqeyinin münaqişənin sülh və danışıqlar yolu ilə həllini daha da çətinləşdirdiyi vurğulanır. Məqalələrdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri barədə geniş məlumat verilib, beynəlxalq ictimaiyyətin çağırışlarına, beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığı nəzərə çatdırılıb.

Bu xəbər oxundu
- - -