Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azəriqaz” “ASAN səyyar”la 20 növ üzrə xidmət göstərməyə başlayacaq

26.07.18, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sentyabr ayının 3-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi “ASAN səyyar” avtobus və qatarlarda 20 növ üzrə xidmət göstərməyə başlayacaq. İqtisadiyyatın digər sahələri ilə yanaşı, qaz təchizatı sahəsinin dinamik inkişafı və modernizasiyası, göstərilən xidmətlərin tənzimlənməsində dayanıqlığın və effektivliyin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına uyğun olaraq əsas hədəf kimi səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması nəzərdə tutulub. Bu hədəfə çatmaq üçün mövcud şəbəkənin hərtərəfli qiymətləndirilməsi və inkişaf planının hazırlanması, yeni qazpaylama xətlərinin tikintisi və şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsi, müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə tədbirlər davam etdirilir, qarşıya qoyulmuş prioritetlər həyata keçirilir.
“Azəriqaz” İstehsalat Birliyinin istehlakçılara göstərdiyi bütün xidmətlər “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə həyata keçirilir. Digər istiqamətlərdən biri “ASAN Kommunal” mərkəzləri vasitəsilə xidmətlərin genişləndirilməsi, vətəndaşlara həmin mərkəzlər vasitəsilə səyyar xidmətlərin təşkilidir. Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 3-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “ASAN səyyar” avtobus və qatarlarda 20 növ üzrə xidmət göstərilməyə başlanılacaq.
Bundan başqa, bu layihə çərçivəsində ilk dəfə bu il avqustun 1-dən etibarən Hövsan qəsəbəsindən başlayaraq “Azəriqaz” İB-yə məxsus xüsusi tərtibatla hazırlanmış mobil səyyar xidməti vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətlərdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Bu xəbər oxundu
- - -