Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Latviya Azərbaycan məhsullarının Avropaya ixracını dəstəkləməyə hazırdır

26.07.18, 14:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan məhsullarının Avropaya ixracının artırılması Azərbaycanla Latviya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər açır.
Bu barədə Trend-ə Latviya Nəqliyyat Nazirliyindən bildiriblər.
Qurumdan deyiblər: "Biz Azərbaycan məhsullarının Avropa bazarlarına ixracının artırılmasında əməkdaşlığımızın genişləndirilməsi üçün böyük perspektivlər görürük. Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun səfəri çərçivəsində iyulun 23-də Riqada Azərbaycan Ticarət Evinin açılışı ikitərəfli əməkdaşlığa yeni təkan verəcək. Biz inanırıq ki, satış həcminin artımı tədbirləri çərçivəsində ölkələr arasında yükdaşımanın həcmi çoxalacaq. Gələcəkdə Azərbaycan məhsulları üçün sonradan onların emalı və Baltika, Şimali və Qərbi Avropa ölkələrinin bazarlarında distribusiyası məqsədilə Latviyada ticarət-logistik və istehsalat müəssisələrinin yaradılması baxımından geniş imkanlar görürük".
Qeyd olunub ki, Azərbaycan Latviyanın Cənubi Qafqazda nəqliyyat və logistika sahəsində mühüm tərəfdaşıdır:
"Tarixən bizim dövlətlər öz əlverişli coğrafi vəziyyətləri sayəsində həmişə ticarət yollarının mühüm hissəsi olublar və bu üstünlükdən gələcəkdə azərbaycanlı həmkarlarımızla nəqliyyat sahəsindəki işlərdə istifadə etmək lazımdır. Hazırda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq imkanları öyrənilir. Nəqliyyat xidmətləri bazarı sürətlə inkişaf edir, yeni logistik həllər yaradılır, ölkələrimizin nəqliyyat sahəsinə müsbət təsir göstərən işlər qarşılıqlı faydalı əməkdaşların inkişafına xidmət edir".
Nazirlikdən bildiriblər ki, iki ölkə arasında aviadaşımalar sahəsində əməkdaşlıq inkişaf edir:
"Biz şadıq ki, milli aviaşirkətimiz olan "Air Baltic" yay mövsümündə "Azərbaycan Hava Yolları" ilə əməkdaşlıq edərək Riqa və Bakı arasında həftədə iki dəfə olmaqla sərnişindaşımaya xidmət edir və bu il "Air Baltic" uçuşu 10 həftə artırır. Heç şübhəsiz ki, bu, turizimin inkişafına və sahibkarlarımız arasında işgüzar təmasların artmasına şərait yaradacaq".

Bu xəbər oxundu
- - -