Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda “Jara-2018“ festivalı

27.07.18, 10:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İyulun 26-da Bakıda "Jara-2018" festivalı başlayıb. Festivalın birinci günündə əvvəlcə Alekseev, Emil Qədirov, Saşa Orlov, Elina Çaqa və Andrey Qrizli dueti, Natan, Sofi Kalçeva, Ruslan Sultan və başqalarının ifaları təqdim edilib. Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşüb, burada çıxış etməkdən məmnun qaldıqlarını bildiriblər. Festivalın ilk günü tamaşaçılara xoş anlar yaşadıb. Azərbaycanın Xalq Artisti Emin Ağalarovun "Neveroyatnaya", "Azərbaycan" mahnılarını ifa etməsi, eləcə də onun Stiven Siqalla birgə "Boogie man" ifası alqışlarla qarşılanıb. Alessandro Safinanın Müslüm Maqomayevin repertuarından "Əbədi mavilik" mahnısını səsləndirməsi, Mariya Novikova ilə dueti tamaşaçıların alqışlarına səbəb olub. Sonra tanınmış ifaçılar Tomas Nevergreen, İn Grid, habelə MOZGİ qrupunun çıxışları olub.
Filip Kirkorovun onu müşayiət edən musiqiçilərlə birgə səhnəyə çıxışı "Jara-2018"in hərarətini daha da artırıb. Dünya şöhrətli ifaçı Bakıya yenidən gəlməkdən, buradakı dostlarını görməkdən çox şad olduğunu bildirib. Qeyd edib ki, "Jara" Beynəlxalq Musiqi Festivalının ömrü uzun olacaq və onun üçün "Jara"nın bir parçası olmaq şərəfdir. Festivalın ilk günündə, həmçinin MOT, Artik & Asti, A`Studio, Brandon Stone, DoReDos, LOBODA, Artyom Pivovarov, Yuliya Kovalçuk, Slava, Lyibov Uspenskayanın Nastya Kamenskix ilə dueti, Artur Pirojkov, Timati, Yeqor Krid, Valeriya, L`One, Maks Barskix, Anna Sedakova, Aleksandr Panoyotov, Sergey Lazarev, Nikolay Baskov, Monatik, habelə A`Studio qrupunun, Qriqori Leps və başqalarının çıxışları olub.
Festival çərçivəsində səslənən fikirlərdən biri də "Jara"nın miqyasına görə "Eurovision"dan heç də geri qalmadığı barədə olub. Hər bir tamaşaçı bu festivalda öz ifaçısını və mahnısını tapa bilər. Festivalın birinci günündə Yana Çurikova və Nikolay Baskov aparıcılıq ediblər. Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. Festivalın birinci günü EMIN, Ani Lorak və Keyti Topuriyanın birlikdə "Bakıya qaçaq" mahnısının ifası və atəşfəşanlıqla bitib.

Bu xəbər oxundu
- - -