Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropanın AZAL təklifi nə verə bilər?

30.07.18, 12:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ümumiyyətlə, Azərbaycan Hava Yolları QSC-nin özəlləşdirilməsi təklifini müsbət qiymətləndirirəm.
Avropa İttifaqının “Aviasiya sazişi” ilə bağlı Azərbaycana təklifləri haqda danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov belə deyib. Millət vəkili bildirib ki, Azərbaycanda özəlləşmə prosesi prezidentin müvafiq tapşırığına uyğun olaraq davam etdiriləcək:
“Düzdür, bu yaxınlarda ikinci aviaşirkət yaradılıb, ancaq AZAL faktiki olaraq ölkədə yeganə əsas milli aviaşirkətdir. O üzdən hesab edirəm ki, AZAL özəlləşdirilsə, bu aviaşirkətin dövlət büdcəsinin vəsaitinə ehtiyacı olmayacaq. Beləliklə, AZAL özü özünü maliyyələşdirmə prinsipinə keçə və xaricdən daha çox investisiya cəlb edə bilər. Bu üzdən aviaşirkətin özəlləşdirilməsi prosesinə baxıla bilər. Çünki bu məsələ uzun müddətdir ki, gündəmdədir”.
Millət vəkili təkcə AZAL-ın deyil, dövlət mülkiyyətində olan bir sıra şirkətlərin də özəlləşdirilməsinin gündəmdə olduğunu deyib: “Ancaq elə sahələr var ki, onlar strateji sahələrdir və dövlət üçün əhəmiyyətlidir. Dövlət bu sahələri daha çox öz himayəsində saxlayır ki, orada ciddi problemlər yaranmasın. Ancaq beynəlxalq aləmə nəzər salsaq, dünyada aviaşirkətlərin çoxu özəldir. Burada qeyri-adi bir şey yoxdur. Bu baxımdan da AZAL-ın özəlləşdirilməsi prosesi gedə bilər. Ancaq bunu elə etmək lazımdır ki, sonradan ciddi problemlər yaranmasın”.
Deputat AZAL-ın özəlləşdirilməsi prosesinin gecikməsinin səbəblərinə də aydınlıq gətirib:
“Bu, asan proses deyil. Faktiki olaraq Azərbaycanda özəlləşdirilməmiş çox az müəssisə qalıb. Ölkədə əsas müəssisələr demək olar ki, özəlləşdirilərək xüsusi mülkiyyətə verilib. Yəqin ki, AZAL-ın özəlləşdirilməsi məsələsi də yavaş-yavaş öz həllini tapacaq”.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) “Aviasiya sazişi” ilə bağlı təkliflərini Azərbaycana təqdim edib. Təkliflər arasında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin özəlləşdirilməsi ilə bağlı müddəalar da var.

Bu xəbər oxundu
- - -