Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bəzən doğrudan da simulyasiya edirəm“

30.07.18, 12:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Simulyasiya etdiyimi düşünə bilərsiz. Əslində, bəzən doğrudan da simulyasiya edirəm. Həqiqət isə ondan ibarətdi ki, meydanda əziyyət çəkirəm”. Bu sözlər PSJ-nin hücumçusu Neymara məxsusdu. Braziliyalı futbolçu haqqında simulyasiya etməsinə dair çıxan tənqidlərə cavab verib: “Bəzən insanları məmnun edirəm, bəzən isə etdiklərim narazılıqla qarşılanır. Daim içimdəki oğlan uşağını yaşatmağa çalışıram, ancaq bu, yaşıl meydanlara aid deyil. Düşünə bilərsiz ki, tez-tez yerə yıxılıram. Əslində isə bu, belə deyil. Sadəcə, artıq çökmüşəm. Bu isə topuq əməliyyatından sonra addım atmaqdan belə çətindi”.
Neymar son olaraq tənqidlərdən nəticə çıxardığını fikirlərinə əlavə edib: “Tənqidlərinizdən sonra güzgüdə özümə baxdım və yeni biri olmağa qərar verdim. Mən insan olaraq çökmüşəm. Bilin ki, ancaq yerə yıxılanlar yenidən ayağa qalxa bilirlər”.

Bu xəbər oxundu
- - -