Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şamanizmdə insan-təbiət qarşılaşması

31.07.18, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı
Şaman əfsanələrində əsl şamanın odda yanmaması ilə bağlı söyləmələrin birində oxuyuruq: Bir xan var idi. O, əmr elədi ki, bütün şamanları bir yerə yığıb yandırsınlar. Şamanları bir yerə yığdılar. Bir alaçığa doldurub yandırdılar. Hamısı tamam yandı. Tək bir şaman alovdan qurtuldu. Həmin şamanın adı Kam Kıdılbaş idi. İndiki şamanlar da onun nəslindən törəyib artıblar. Başqa bir söyləmədə şaman Xuren Oolun qamlıq etdiyi vaxt ayaqları ilə tonqalı söndürməsindən danışılır.
Müasirlərinin dediklərinə görə, Sofu Usub ehtiyat eləmədən ilanın zəhərini sancdığı yerdən sorub udur, əsanın üzərinə axıdıb yalayırmış. Fikrimizcə, Sofunun ilan zəhərini yalaması (içməsi) ilə şaman Xuren Oolun Kam Kıdılbaşın möcüzələri arasında bağlılıq var. Doğrudanmı, zəhəri içmək mükündür? - İlan zəhəri orqanizmə iki cür təsir göstərir: 1. Qanla (hemotrop). 2.Sinir hüceyrəsi ilə (neyrotrop). Adi gürzənin zəhəri qanla təsir edir. Zəhər birbaşa qana daxil olub orqanizmi zəhərləyir. İlan zəhəri zülal təbiətlidir. Zülal isə polimer (irimolekullu) birləşmə olduğu üçün həzm sistemində bağırsağın xovlarından sorula bilmir. Bundan ötrü o amin turşularına (kiçik molekullu maddələrə) parçalanmalıdır. Amin turşularına parçalanan zülal zəhər xassəsini itirir. Lakin açıq yaralardan birbaşa qana keçdikdə ölümlə nəticələnir. S.S.Axundovun «Qaraca qız» hekayəsində Tutunun ölümünü yadımıza salaq. Belə yaralar dəridə, eləcə də ağız boşluğunda, mədədə, bağırsaqda ola bilər. Kobranın və Azərbaycanda yayılan qalxansifət gürzənin zəhəri neyrotrop xüsusiyyətə malikdir. “Şaman Kyustex” hekayəsində də ağac köməyə gəlir, yol göstərir. Qış vaxtı hava qaralır, yolu azırlar. Şamana deyirlər ki, donub burda qalacağıq, ruhlarını çağır bizə kömək eləsin. Şaman söyüd ağacından bir budaq kəsib gətiməyi tapşırır… "Şaman söyüd də əlində öz-özünə nəsə dedi. Bir yerdə durduğu halda cəld üçü dəfə geri dönüb çubuqla qara vurdu. Elə o saatda saxsı kuzə boyda yaşıl bir alov peyda oldu. Alov yolçuların qabağında durdu. Şaman yolçulara belə dedi:
-İndi gəlin alovun arxasınca gedək. bu alov heç yerə getməyəcək və sönməyəcək. Alov onların önündə getməyə başladı. Tezliklə Atısıtın çəpəri və evi göründü. Onları kulta çevirmək tarixin əski qatlarından bəri hər zaman özünü göstərmiş, nəticədə bundan təbiət qazanıb. Canlı təbiətə inam şamançılıqda da xüsusi yer tutur. İnama görə, şamanın ruhunu heç harada qəbul eləmirlər; nə Erliyin səltənətində, nə də tanrıların göylərində.
Şamanın ruhu tək bircə daşlarda və ağaclarda yerləşir. Ağac kultu şaman əfsanələrində geniş yayılıb. İki misala baxaq: 1. Bir şaman ömrü boyu bir dəfə də olsun qamlıq etmədi. Onu xəstənin yanına çağıranda getməzdi. Ucuna at tükü bağlanmış bir söyüd çubuğunu xəstənin adamlarına verib tapşırardı ki, onu gecə xəstənin yorğanının altına qoysunlar. Doğurdan da xəstə səhər sağalardı.
2. Şaman öləndə tapşırardı ki, onu ağacdan düzəldilmiş tabuta qoyub bir qara şam ağacından assınlar. Sonra deyərmiş ki, “tabut yerə düşəndə baş şamanı çağırıb sür-sümüyünü torpağa basdırmaq mərasimi keçirərsiniz.”
Ağacı – bitkini möcüzəli saymaq, sehirli-güclü hesab etmək, onun canlıların həyatındakı müstəsna fəaliyyətilə (fotosintez prosesini həyata keçirməsi) bağlıdır. Elmi əsasını biməsə də, təbiətdə bitkilərin əhəmiyyətini öz gündəlik fəaliyyətlərində hiss edib, qida, geyim, dərman, təmiz hava və s. kimi ondan faydalanıblar. Ona görə də onların qorunması qayğısına qalmaq üçün müqədəsləşdirmə variantını seçiblər. Fikrimizcə, bu çox qədim dövrlərdən, hələ şamanizmə qədərki tarixdən gələn inamdır. Onun izlərinə xalqımızın adət-ənənlərində, mərasim ayinlərində rast gəlirik. Daha sonra bu inam şifahi xalq yaradıcılığında və klassiklərimizin əsərlərində özünü göstərib. Bu cəhətdən Dədə Qorqudun və Dirili Qurbaninin ağaca münasibətləri səciyyəvidir.
Heyvanlara münasibət şamançılıqda daha çox, müqəddəs ruhların heyvan cildində təsviri ilə özünü göstərir: “Baş hami ruh İnəkıl hər cür heyvan donunda görünə bilər; sığın cildinə də düşə bilər, ayı cildinə də. Bu da onun yiyəsi şamandan asılıdır, o hansı heyvanı istəsə, həmin donda da gözünə görünəcək.” Başqa bir misalda kamilləşmiş şaman müqəddəs bir varlıq kimi xəstəliklərin aradan qalxmasında, vaxtsız ölümün qarşısının alınmasında fövqəlqüvə kimi çıxış edir. Bu məqsədlə onun bədəni hissələrə parçalanaraq lazım olan yerlərə atılır: “Şamanın canı yetişib kamilləşəndə və özü-özünü saxlaya biləndə ana heyvan Yer üzünə qalxır. Burada o, şamanın bədənini tikə-tikə doğrayır, onları bütün azar-bezar, ölüm gələn yollara tullayır, ruhların arasında bölür.
Şamanizmdə kosmos sərvətlərinə, su və torpağa da müqəddəslik rəmzi kimi baxılıb. Onları müqəddəs hesab etmək, həmin sərvətlərin insan həyatındakı əhəmiyyətini düzgün qiymətləndirməkdən irəli gəlirdi. “Deyirlər ki, ruhlar şamanların bədənlərini tikə-tikə doğrayanda onlar Günəş Dağa, Ay Dağa gedib orada doğurlar. Yaxud "Doyompo şaman təpəliyə gedib orada doğardı. Həmin təpəliyin lap uca bir yerində balaca bir göl vardı. Şaman doğum vaxı ora qalxardı. Nəsil artımına yüksək dəyər verən şamanlar dünyaya övlad gətirəcəyi anlarda gölün, ayın, günəşin, dağın yanına getməsi də bununla bağlıdır. Nəsil artırılması qayğısına qalmaq şamanizmdə bu məqsədlə həyata keçirilən xüsusu mərasimlərdə təsdiqini tapır. Belə ki, keçmişdə şamanlar yer ruhuna ayrıca mərasim həsr edirdilər. Bu mərasim calın almaq üçün keçirilirdi… Şaman Yer anadan aldığı cinsi ehtirası adamlara və mal-qaraya verirdi ki, nəsil artımı dayanmasın. Uşağı olmayanlar şamanlardan xahiş edirdilər ki, Tanrıya yalvarıb ondan övlad istəsinlər. Belə hallarda adətən şamanların diləyini Bulud yaradan Ruh yerinə yetirirdi. “…Onlar Syüler Bılıt Tyördiqerin (İldırım və Yağış tanrıları) yanına qalxdılar və ondan uşaq istədilər. Bu Tanrı şamanların dualarını eşitdi və qocalara iki uşaq verməyi boyun oldu. İkinci uşaq yağış suyundan yaranacaqdı. “Tapşırın ki, mənim balaca oğlumu nə saman çöpü ilə, nə də söyüd çubuğu ilə vursunlar.”
Göründüyü kimi, nəsil artırılması burada da mifoloji inama görə yağışla bağlıdır. Zənnimizcə, yağış var-bərəkət, bitmə-böyümə mənasındadır. Başqa sözlə, M.Seyidovun qənaəti özünü doğruldur: Göy (bulud) Ata – Yer (torpaq) Ana, Yağış - mayalayan. “Şamanın uşaq istəməsi” adlı digər bir söyləmədə maraqlı fikir ondan ibarətdir ki, Tanrı şamanın istəyini asanlıqla qəbul etmir. Bu, övladı olmayan şəxsin vaxtı ilə təbiətə neqativ münasibəti ilə əlaqədardır: - “Kyünnet knyazın iki arvadı olsa da, övladı yox idi. Buna görə də o, yaman və qara ruhlarla bağlı olmayan ağ şaman dəvət etdi ki, uşaq istəmək üçün mərasim keçirsin… Şamanlar dua mərasimini qurtarıb, Yüryünq Ayının yanına qalxdılar… Ona belə dedilər:
- Sənin əmrinlə orta dünyada yaşayan Kyünnet knyazın övladı olmur. Onun iki arvadından heç bir doğmur. O, səndən övlad istəyir, bizi də sənin yanına göndərdi.
Yüryünq Ayı şamanların bu sözünə belə cavab verdi:
- Onun məşhur olan babası yaxşı heyvanların artmasına mane olurdu. Onların axırına çıxırdı. Yaxşı nəsildən olanları qırıb çatdı. Buna görə də onun nəslindən üz döndərmişəm. Şaman təkidlə yalvarmağa başladı. Axırda Tanrı dedi:
- Yaxşı, qoy sən deyən olsun. Mən ona Ayanıt İstırın adlı bir oğul verirəm. Knyazın ikinci oğlu yerdə nizam-intizam yaratmaq üçün doğulacaq. Adı Ayqan Kyüryükyü olacaq.
O, ikinci şamana da eyni sözü deyir. Şaman ona yalvararaq uşaq istədi. Ayıısıt dedi ki, üç oğul, iki qız da indi verirəm. Mənim verdiyim uşaqların hamısı xoşbəxt olacaq. Bundan sonra o, şamana iki sata (türklərin yağış yağdırmaq üçün istifadə etdikləri yada daşı. Heyvanların qarnından çıxarılır) daşı verdi. Şaman Ayıstanın yanından qayıtdıqdan günün səhəri qar yağdı, bir gün sonra əridi.”
Yada daşı barədə danışmışdıq. Bərəkət-ruzi timsalı kimi qəbul edilirdi; yağış yağdırıdı. Övladın olması, yağışın yağması nəslin davam etdirlməsi baxımından əski türklərdə xüsusi məzmun kəsb edirdi. Bizə görə, daş kultunun yaranmasına səbəb olan amillərdən biri də budur. Şamanlar daşa xüsusi bir hal kimi yanaşırdılar. “Şaman Tostoqoş daşa dönür. Hər kəsə bir cür görünən bu daşın hələ də qaldığı deyilir. “İndi o daşın yaxınlığında bir ulu şaman yaşayır. Deyilənə görə, güclü şaman bu daşın qabağında heç bir zərər çəkmədən qamlıq edə bilir. Zəif şaman isə ölür. Camaat indi bu daşa qurban verir.” Qeyd etmək lazımdır ki, Azərbaycan nağıllarında və əfsanələrində şamançılıqla səsləşən “daşadönmə”, “daşadöndərmə” hadisələrinə tez-tez rast gəlirik. Ancaq onun bu səviyyədə müqəddəsləşdirilməsinin izləri, yalnız pirlərdə qalıb.
Şaman söyləmələrində Dağ Tanrısı-Dağ yiyəsi, Su Tanrısı-Su yiyəsi, Ağac Tanrısı-Ağac yiyəsi kimi anlayışlar qədim türklərin təbiətə etiqadının, ehtiramının göstəricisi idi. Biz həmin inancların qalığına məişətimizdə indi də rast gəlirik. Şaman əfsanələrində təbiətin canlı və cansız komponentlərinə münasibət yalnız mifoloqlar, folklorşünaslar, etnoqraflar üçün deyil, təbiətşünaslar, ekoloqlar üçün də maraqlı ola bilər. Tədqiqatlarımız bunu deməyə əsas verir. Təbiət-insan münasibətləri baxımından iki nümunəni nəzərdən keçirək:
1. “Çayların donu açılmışdı, su qalxdığından çay daşmış, ulusu su altında qoymuşdu. Keşişlər rus allahına yalvarırdılar. Şaman isə qamlıq edib Dağ yiyəsinin yanına getdi. O dağın içinə girəndə Su yiyəsinin sərxoş halda yıxılıb qaldığını gördü. Şaman cəld qarışqa ruhları götürüb su yiyəsinin belinə səpələdi. Su yiyəsi yerindən sıçrayıb qalxdı və çaya düşdü. Buz ora-bura çırpılaraq hərəkərtə gəldi. Su yatdı, çay yatağına çəkilib məcrasına düşdü, öz axarı ilə axıb getdi...”
“Mən necə şaman oldum” hekayəsindən: “Dənizin ortasına çatanda səs eşitdim:
- Sənə Su yiyəsi şamanlıq verəcək. sənin şaman adın Suquşu olacaq. Sonra mən sudan çıxıb quru ilə getməyə başladım”... sonra göl quşları ilə birlikdə uçduğumu lap yəqin gözümlə gördüm. Elə yerdən təzəcə aralaşmışdım ki, Ağac yiyəsi məni çağırdı:
- Budağım qopub düşür. Götür ondan davul düzəlt. Bu davul bütün həyatın boyu səninlə yoldaşlıq edəcək.”
İnama görə, şamanların hamisi – qoruyucusu bitki və heyvan donlu ruhlardır. Hətta söyləmələrin birində qeyd edilir ki, şamanı dünyaya gətirən ana heyvandır. “Uzaq şimalda budaqlarında yuvalar olan bir şam ağacı boy atır. Ana heyvan qartala çevrilib dəmir lələkli böyük bir quş olur, uçub buraya gəlir. O yuvada oturur, yumurta qoyur. Sonra da bu quş yumurtanın üstündə kürt yatır.”

Yusif Dirili

Bu xəbər oxundu
- - -