Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Estoniya Putinin “çirkli pulları”nı araşdırmağa başlayıb

01.08.18, 13:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Estoniya Danimarkanın “Danske Bank”ının Tallindəki filialına qarşı araşdırmaya başlayıb.
Bu barədə məlumatı Estoniya Baş prokuroru Lavli Perlinq yayıb. Onun sözlərinə görə, törəmə bankla bağlı araşdırma “Hermitage Capital” fondunun rəhbəri Bil Brauderin müraciətindən sonra başladılıb.
Qeyd edək ki, bundan öncə Danimarka mətbuatı “Danske Bank”ın Estoniya filialında şübhəli tranzaksiyaların olması barədə məlumat yaymışdı. Mətbuat bu şübhəli tranzaksiyaların Rusiya Federal Təhlükəsizlik Xidmətinə yaxın şəxslər, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin qohumu İqor tərəfindən aparıldığını bildirmişdi. Sonradan Rusiya xüsusi xidmət orqanlarının bu bankın imkanlarından çirkli pulların yuyulması üçün istifadə etdiyi ortaya çıxmışdı.
“Danske Bank” günahını etiraf edərək, Rusiya ilə bağlı 20 hesabı bağlamışdı.

Bu xəbər oxundu
- - -