Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu, gələcək nəsillər üçün böyük önəm daşıyır“

02.08.18, 10:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Antalyada Azərbaycan Xalq Cümhuriyyətinin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümü ilə bağlı gecə keçirilib.
Tədbirin açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları ilə bağlı geniş məlumat verib.
O bildirib ki, erməni daşnakları rus bolşeviklərinin dəstəyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirən zaman böyük qəhrəman Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusu Azərbaycana dəstəyə gəlib:
"O ordunun içərisində Antalyadan da 10 şəhid babamız var və bu gün Bakıda türk şəhidliyində yatırlar. Onların xatirəsinə Antalyada abidə qoyulması vəfa borcu olmaqla yanaşı, bu gün və gələcək nəsillər üçün böyük önəm daşıyır. Çanaqqalada üç mindən çox Azərbaycan türkü şəhid oldu. Həmin zaman babalarımız birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndidə, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək".
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən Kəpəz bələdiyyə başqanı Hakan Tütünçü, Antalya Jurnalistlər Cəmiyyəti başqanı Mövlud Yeni və Antalya Türk Ocaqları başqanı Abdullah Uysala Azərbaycan-Türkiyə qardaşlığının inkişafında göstərdiyi səylərə görə mükafat təqdim olunub.
Tədbirdən sonra millət vəkili Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Antalyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, onların rəhbərləri, üzvləri və bu bölgədə təhsil alan bir sıra azərbaycanlı tələbələrlə də görüşüblər.

Bu xəbər oxundu
- - -