Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiyanı qıcıqlandıran “adamlar”ının Paşinyan tərəfindən “vurulması”dır“

02.08.18, 10:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hesab edirəm ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan nəinki Ermənistan məhkəməsində, həm də Beynəlxalq Hərbi Tribunalda ötən əsrin 90-cı illərində Azərbaycan xalqı qarşısında etdiklərinə görə cavab verməlidir.
İstər Koçaryan, istər Yuri Xaçaturov, istərsə də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahındakı indiki və sabiq generalların bir çoxunun əli Azərbaycan xalqının qanına batıb.
Bu baxımdan, hesab edirəm və ümidvaram ki, Koçaryan başda olmaqla, əli xalqımızın qanına bulaşmış bütün hərbi canilər, cinayətkarlar təkcə Ermənistan məhkəməsi qarşısında deyil, o cümlədən, Beynəlxalq Hərbi Tribunal qarşısında öz cinayətkar əməllərinə görə cavab verəcəklər.
Bunuaçıqlamasında millət vəkili Asim Mollazadə son günlər Rusiya-Ermənistan münasibətlərində yaranan gərginliyə, Rusiyanın Ermənistandakı son həbslərlə bağlı xarici işlər naziri səviyyəsində açıq təhdidinə münasibətini bildirərkən deyib.
"Onlar həm öz xalqlarına, həm də azərbaycanlılara qarşı etdikləri qanlı əməllərinin layiqli cəzasını çəkməlidirlər", - deyən millət vəkilinin sözlərinə görə, bu gün Rusiya-Ermənistan münasibətlərində hiss olunan gərginliyin, Lavrovun məlum bəyanatının kökündə də məhz Nikol Paşinyan hökumətinin Rusiyaya yaxın olan sabiq Ermənistan rəhbərliyini, cinayətkarları həbs etməsi, onlara qarşı sərt addımlar atmasıdır.
"Paşinyanın bu addımları, təbii ki, Rusiyanı çox qıcıqlandırır. Koçaryanların, xaçaturovların həbsi Rusiyaya heç cür sərf etmir. Məhz həmin adamlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh, danışıqlar yolu ilə həlli prosesinə illərlə zərbə vurub, bu prosesi əngəlləyiblər.
Paşinyanın xilası isə onun bu adamları zərərsizləşdirməklə yanaşı, səmimi və konstruktiv şəkildə Azərbaycanla sülh danışıqlarına getməsi və real addımlar atmasından keçir. Əgər Paşinyan bu istiqamətdə real addımlar atarsa, konstruktiv qərarlar qəbul edərsə, bu, onun xilas, qurtuluş yolu ola bilər", - deyə A.Mollazadə əlavə edib.

Bu xəbər oxundu
- - -