Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ankaradan cavab gəldi

02.08.18, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ABŞ-ın sanksiya qərarını cavabsız qoymayacağıq”

Ankara ABŞ-ın Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etmək qərarını cavabsız qoymayacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Türkiyə hakimiyyəti ABŞ-ın bu qərarını “düşmənçilik addımı” kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib.
Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.
Xatırladaq ki, daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.

Bu xəbər oxundu
- - -