Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ Senatı Türkiyəyə F-35-lərin satışına qadağa qoydu

02.08.18, 11:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ Konqresinin yuxarı palatası olan Senat ölkənin 2019-cu il üçün 716,3 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib. Bununla da, Türkiyəyə Amerika istehsalı olan F-35 qırıcı hərbi təyyarələrinin satışına qadağa qoyulub.
“Hurriyet Daily News” xəbər verir ki, sənədə əsasən Pentaqon Ankaranın F-35 sazişində iştirakının qiymətləndirilməsinə dair hesabat təqdim etməyincə, həmçinin Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini almasilə yarana biləcək riskləri hesablayanadək Senat Ankaraya F-35 qırıcılarının satışına qadağa qoyur.
Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.
Lakin ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildirmişdilər. Vaşinqton hesab edir ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Bu cür bəyanatlara rəğmən, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.

Bu xəbər oxundu
- - -