Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bir keşişə görə iki nazirə sanksiya tətbiq edildi

02.08.18, 12:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bir keşişə görə lirə yenə sabotaja uğradı, iki nazirə sanksiya tətbiq edildi. Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, sözügedən Branson əhəmiyyətli papazdır: “ABŞ Türkiyədən keşiş Bransonun azad edilməsini tələb edir, amma yaxşı bilir ki, tələblə heç kəs keşişlərini azad edən deyil. ABŞ-da hələ də anlamayıblar ki, Türkiyə, Rusiya, İran, Çin kimi əsrlərə söykənən dövlətçilik ənənələri olan ölkələri sanksiyalar, dolların qalxması, neftin qiymətinin düşməsi ilə sarsıtmaq olar, amma yıxmaq olmaz. İndiki halda heç sarsıtmaq da olmaz. Əksinə, imperiya ənənəsi olan xalqlar hakimiyyətləri ilə birlikdə ABŞ-ın onlara qarşı dirənişinə daha da dirənirlər. Trampı başa düşdük, bəs Konqres, senatorlar, Pentaqon nə etmək istəyirlər?! Eyni vaxtda Türkiyə, Rusiya, İran, Çin, hətta Avropa Birliyi ilə münasibətləri korlamaq nə anlama gəlir?! ABŞ bir yandan Avropa Birliyinə deyir ki, daha özün-özünü qoru, o biri tərəfdən də Türkiyə, Rusiya, İrana söyləyir ki, mən hər yerdəyəm".
Politoloq vurğulayıb ki, bu siyasət ilə ABŞ hər kəsi qarşısına alır: “ABŞ aqressivləşir və bununla özünə daha çox ziyan verir. ABŞ-ın aqresivləşməsi əvvəlki ABŞ olmadığını göstərir. Çünki əvvəlki ABŞ daha soyuqqanlı, özünə inamlı idi. ABŞ kimi dünya da əvvəlki deyil. Dünya da son zamanlardır ABŞ-a məhz əvvəlki olmadığını demək istəyir. ABŞ isə hələ də onun üçün bu acı reallığı qəbul etmək istəmir. Amma gec-tez, qəbul edəcək".

Bu xəbər oxundu
- - -