Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Lavrov Zəriflə Xəzərin statusunu müzakirə edib

02.08.18, 12:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Sinqapurda görüşərək bir sıra məsələlər üzrə müzakirələr aparıblar.
Danışıqların əsas mövzusu ikitərəfli münasibətlər, xüsusən də Tehranla Moskva arasındakı iqtisadi əməkdaşlıq, Suriya böhranı və İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planı ətrafındakı vəziyyət olub. Lavrov və Zərif həmçinin, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı da müzakirə ediblər.
Qeyd edək ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 2017-ci ilin dekabrındakı Moskvagörüşündə Xəzər dənizinin hüquqi statusuna dair region ölkələri arasında açıq və mübahisəli qalan bütün məsələlərlə bağlı razılığa gəlinib və Konvensiyanın yekun mətni hazırlanıb. Avqustun 12-də Qazaxıstanın cənub-qərbindəki Aktau şəhərində keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının beşinci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında yekun Konvensiyanın imzalanacağı gözlənilir.

Bu xəbər oxundu
- - -