Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya Suriya-İsrail sərhədində hərbi polis yerləşdirəcək

02.08.18, 13:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BMT sülhməramlı qüvvələrinin Qolan təpələrində 2012-ci ildə təhlükəsizlik məsələləri ilə əlaqədar dayandırılmış fəaliyyəti bərpa edilə bilər.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.
Onun sözlərinə görə, bu gün BMT sülhməramlıları Rusiya hərbi polisinin müşayiəti ilə son 6 ildə ilk dəfə sərhəd ərazisində patrul həyata keçirib.
S.Rudskoy qeyd edib ki, BMT postlarının qarşısında mümkün təxribatların qarşısını almaq üçün "Bravo" xətti boyunca Rusiya Silahlı Qüvvələrinin hərbi polis postlarının qurulması planlaşdırılır. O, vəziyyətin sabitləşməsi halında postların Suriya hökumət qoşunlarının ixtiyarına veriləcəyini də bildirib.

Bu xəbər oxundu
- - -