Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu, Ermənistana baha başa gələcək”

02.08.18, 14:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) iki ölkəni yox, 5 ölkəni əhatə edən qurumdur. Buna görə də Rusiyanın KTMT-nin Baş katibi Yuri Xaçaturovun həbs edilməsinə cavab olaraq, Ermənistana silah satışını dayandırması adekvat addım olardı.
Bunu rusiyalı hərbi ekspert Aleksandr Xramçikin deyib.
Ekspert hesab edir ki, Rusiyanın silah satışını dayandırmasından sonra Ermənistan özünə yeni təchizatçı axtarmağa başlayacaq:
“Lakin bu, asan deyil. Rusiyanın bu addımı Ermənistana baha başa gələcək. Digər yandan isə Rusiya son illərdə Ermənistana silah satmaqda maraqlı deyil, buna görə də silah satışı hiss ediləcək dərəcədə azalıb. Son illərdə Ermənistana ancaq “İsgəndər-E” və “Smerç” kompleksləri satılıb.
Hesab edirəm ki, Ermənistanın tamamilə pis vəziyyətdə qalması üçün kifayət edir ki, Rusiya bu ölkəyə silah satışını dayandırsın. Hər halda Yuri Xaçaturovun həbs edilməsi Rusiyanın xoşuna gəlməyib”.
Xramçikinin sözlərinə görə, Rusiya Ermənistanla silah satışında dair imzalanmış müqavilələri nəzərdən keçirməklə yanaşı, bu ölkəyə kredit ayırmaqdan da imtina edə bilər.
Qeyd edək ki, KTMT-nin Baş katibi Yuri Xaçatoruv 2008-ci ildə İrəvanda keçirilmiş anti-hakimiyyət mitinqlərində iştirak edən insanlara atəş açmaq əmri verməkdə ittiham olunaraq, həbs edilib.

Bu xəbər oxundu
- - -