Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü”

02.08.18, 14:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Millət vəkili Qənirə Paşayevanın başçılıq etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəvəti ilə Türkiyənin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihad Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Həmid Özpolad və Duru TV-nin baş müdiri Məhməd Canbekdən ibarət heyət Azərbaycana gəlib.
Səfər çərçivəsində bu gün Bakı Yunus Əmrə İnstitutunda “Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib. Tədbirdə millət vəkili Sona Əliyeva, yazarlar, şairlər, təşkilat və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin açılışını edən millət vəkili Qənirə Paşayeva, türk bələdiyyə başqanlarının ilk dəfədir Azərbaycana səfər etdiklərini deyib: “Qonaqlarımızın məqsədi ölkəmizi daha yaxından tanımaqdır. Şanlıurfa Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin əsas mərkəzlərindən biri olub. Bura çox qədim tarixə malikdir və tariximizin önəmli hissələrindən olan Ağqoyunlu və Qaraqoyunlu imperiyalarının əsas mərkəzlərindən olub. Zaman-zaman burada Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmişik. Oktyabrda Şanlıurfada Azərbaycan bulvarı və Qarabağ parkının açılış mərasimi olacaq. Təklifimizi qəbul etdikləri üçün Şanlıurfa bələdiyyə başqanına təşəkkür edirəm”.
Ölkəmizdə səfərdə olan hər iki bələdiyyə başqanı çıxış edərək, Azərbaycanda olmaqdan məmnun olduqlarını bildiriblər, həmçinin Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafının, ölkələrarası birliyin vacibliyini qeyd ediblər.
GAP Media mənsubları Cəmiyyətinin başqanı Həmid Özpolad isə çıxışında Dağlıq Qarabağ məsələsinə toxunub:
“Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Türkiyədə, Anadoluda Qarabağ məsələsi və Xocalı soyqırımından danışanda hər kəsin ürəyi ağrıyır”.
Tədbir iştirakçıların çıxışları ilə davam edib.

Bu xəbər oxundu
- - -