Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan KTMT-nin rəhbəri vəzifəsinə onu gətirmək istəyir

03.08.18, 8:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi vəzifəsinə sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı təklif etmək niyyətindədir.
Bu barədə məlumatı Ermənistan KİV-ləri yayıb.
Qeyd edək ki, Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri vəzifəsini tutub. Nazir vəzifəsindən qovulmasına səbəb onun parlament teraktı məsələsi ilə bağlı prezident Robert Köçəryanla apardığı konflikt olub. Belə ki, Arutyunyanın əvvəlcə rütbəsi aşağı endirilib, sonra isə istefaya göndərilib.
Arutyunyan rusiyayönlü erməni hərbçilərdən sayılır. O, Moskva ilə əlaqələrin daha da genişləndirilməsinin tərəfdarı kimi tanınır.
Bundan öncə KTMT baş katibi Xaçaturova Ermənistanda cinayət işi açılıb. Paşinyanın Xaçaturovu dəyişmək üçün təklifinin Kremldə qəbul edilmədiyi bildirilir. Buna görə də girov müqabilində azadlıqda olan Xaçaturovun Moskvaya dönməsinə icazə verməyə İrəvan məcbur oldu.

Bu xəbər oxundu
- - -