Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan hökumətinə “qulaqburması”

03.08.18, 10:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Emənistandakı aprel hadisələrindən sonra Moskva-İrəvan münasibətlərində gərginlik müşahdiə edilməkdədir. Bu, özünü KİV-də daha qabarıq şəkildə göstərir.
2008-ci il martın 1-də baş vermiş hadisə ilə bağlı başlanılan cinayət işi üzrə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin istintaqa cəlb edilməsi Moskvanı daha da qəzəbləndirib. Bu, özünü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Koçaryanın həbsi və Xaçaturovun ifadə verməsi ilə bağlı bəyanatında açıq-aşkar büruzə verib. O, hadisədən narahat olduqlarını bəyan edib. Sergey Lavrov hazırkı hökuməti siyasi sələflərini təqib etməkdən çəkinməyə çağırıb: “Rusiya İrəvanın müttəfiqi olaraq, erməni dövlətində sabitliyin olmasında maraqlıdır. Ermənistanın iştirakçısı olduğu MDB məkanındakı təşkilatların normal fəaliyyət göstərməsi baxımından baş verənlər bizi narahat etməyə bilməz. Son günlər biz narahatlığımızı bir neçə dəfə erməni rəhbərliyinə çatdırmışıq. Hesab edirik ki, bütün hallarda vəziyyət konsruktiv istiqamətdə gedəcək”.
Bu bəyanatda Sergey Lavrovun Ermənistan hökumətini hədələdiyi də hiss edilir.
Bugünlərdə Ermənistanın müdafiə naziri David Tonayanın Gümrüdəki Rusiya bazası ilə bağlı verdiyi ziddiyyətli bəyanatına da Moskva laqeyd qala bilməyib.
Avqsutun 2-də Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominin başçılığı ilə nümayəndə heyəti İrəvana səfər edib. O, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatskanyanla görüşüb. Erməni nazir iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Zöhrab Mnatsakanyan qeyd edib ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsi əməkdaşlığa müsbət nümunədir. Onun sözlərinə görə, Ermənistan tərəfi KTMT-nin güclənməsini vacib sayır və bu qurumda fəalliyyətini sədaqətlə davam etdirəcək.
Tərəflər "hərbi sahədə əməkdaşlığı dərinləşdirməyin perspektivini", regional və beynəlxalq təhlükəsizlik məsələlərini, Suriyadakı vəziyyəti müzakirə ediblər.
Aleksandr Fomin Ermənistanın müdafiə naziri David Tonayanla da görüşüb. Rəsmi məlumata görə, tərəflər siyasi, hərbi və müttəfiqlik münasibətlərinin dərinləşməsinin vacibliyini qeyd ediblər. Onlar iki ölkə arasında "aktual məsələləri" və "hərbi-siyasi proqramların üstünlüklərindən" danışıblar. Həmsöhbətlər 102 saylı hərbi bazanın fəaliyyətini də müzakirə ediblər. Görüşdə David Tonayan Rusiyaya səfər edəcəyini də bildirib. O, avqustun 11-də “Beynəlxalq hərbi oyunlar-2018” tədbirinin bağlanış mərasiminə qatılacaq.
Rusiya nümayəndə heyətinin səfərindən əvvəl Ermənistan Xüsusi İstintaq Xidməti Yuri Xaçaturova fəaliyyətini davam etdirmək üçün Moskvaya getməsinə icazə verib. Qeyd edək ki, 2008-ci il martın 1-i hadisələri ilə bağlı ittiham olanan Xaçaturov həmin tarixdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi işləyib. O, mart hadisələri üzrə başlanılan cinayət işi ilə bağlı ifadə verib. Ona ölkəni tərk etmək qadağası qoyulmuşdu.
Xaçaturvun hərkətinə qoyulan məhdudiyyətin götürülməsini Ermənistan baş naziri Nikol Paşiyanın Kreml qarşısında geri çəkilməsi kimi dəyərləndirmək olar.
Belə görünür ki, Fominin səfəri zamanı Moskva ilə İrəvan Yuri Xaçaturovun yerinə gətiriləcək kadrı da razılaşdırıb. Onu 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olmuş general-mayor Vaqarşak Arutyunyanın əvəz edəcəyi ehtimal edilir. 62 yaşlı Arutyunyan 1956-cı ildə Gürcüstanın Axalkələki bölgəsində anadan olub (Yuri Xaçaturov Gürcüstanın Borçalı - Kvemo Kartli bölgəsində doğulub). O, Bakıda Hərbi-Dənizçilik məktəbini bitirib, Dağlıq Qarabağın işğalında iştirak edib. 1999-cu il oktyabrın 27-də Ermənstan parlamentinə silahlı hücumdan sonra general–leytenant rütbəsindən general-mayora endirilib. Bundan sonra ovaxtkı prezidenti Robert Koçaryan tərəfindən tutduğu vəzifədən azad edilib.
Təşkilatda kadr dəyişikliyi cari il noyabrın 8-dən tez edilməyəcək. Həmin tarixdə qurumun ali orqanı sayılan Kollektiv Təhlükəsizlik Şurasının (ora Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Ermənistan daxildir) toplantısı keçiriləcək.
Ona görə də ehtimal etmək olar ki, Moskva Xaçaturovu tutduğu vəzifədən azad etməklə İrəvanın istəyini təmin edir, qarşılığında isə Ermənistan onu həbs etməyəcəyini boyun olur. Xaçaturovun vəkili Miqran Poqosyan müvəkkilinin növbəti dəfə istintaqa nə vaxt çağırılacağını bilmədiyini söyləyib.
Aleksandr Fominin başçılıq etdiyi nümayəndə heyəti isə bütövlükdə Ermənistan hakimiyyətinə bir qədər yumşaq ifadə etsək “qulaqburması” vermək üçün İrəvana gedib. Çünki rəsmi İrəvan son günlər Rusiyanın çızdığı xətti aşmağa səy edir.
Heç kimə sirr deyil ki, mart hadisələri nəticəsində Serj Sarqsyan hakimiyyətə gətirilib. Belə ehtimal edilir ki, Ermənistanda hakimiyyətin zəbt edilməsində Moskvanın da əli var. Sergey Lavrovun bu cinayət işi üzrə narahatlıq və hiddət dolu bəyanatı da bunu deməyə əsas verir. Paşinyan isə həmin hadisələrə hüquqi qiymət verdirməklə Ermənistan cəmiyyətində nüfuzunu artırıb, payızda keçiriləcəyi nəzərdə tutulan parlament seçkilərində təmsil etdiyi siyasi qüvvələrin qələbəsinə nail olmağa çalışır.
Növbədənkənar parlament seçkilərinin tarixinin elan edilməsinin gecikdirilməsinin başlıca səbəblərindən biri Paşinyanın başçılıq etdiyi siyasi qüvvələrin Ermənistan cəmiyyəti və Rusiyanın siyasi elitası tərəfindən bütövlükdə qəbul edilməməsidir. Onlar mart hadisələri üzrə araşdrıma ilə hər iki tərəfin eitmadını qazanmağa cəhd göstərirlər.
David Tonayanın Panik kəndindəki məlum hadisədən sonra Rusiyanın Ermənistandakı sərhədçiləri ilə bağlı verdiyi bəyanatın sonradan başçılıq etdiyi nazirlik tərəfindən təkzib ounması görünür, Kremli qane etməyib. Ona görə də hadisənin yerində araşdırıb, lazımi ölçü götürmək üçün Aleksandr Fomin Ermənstana ezam olunub.
Avqstun 17-də Nikol Paşinyan hökumətinin 100 günü tamam olacaq. Həmin gün o, İrəvanda mitinq keçirmək, gördükləri və görəcəkləri işlər barədə ictimaiyyətə məlumat vermək niyyətindədir. Bu çıxış həm də Ermənistanın yeni hökumətinin Rusiya ilə bağlı mövqeyinə aydınlıq gətirə bilər.
Rusiya nümayəndə heyətinin İrəvan rəsmilərinə siyasi həyatı başa salmaq və iki ölkə arasındakı münasibətlərdə qaranlıq kimi görünən məqamları işıqlandırmaq üçün səfər etdikləri açıq-aşkar görünür. Bu səfəri Kremlin Paşinyan hökumətini təftişi kimi də qiymətləndirmək olar.

Sədrəddin İsmayılov
Report

Bu xəbər oxundu
- - -