Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Trampın təklifi İranı parçaladı

03.08.18, 10:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hökumət nə edəcəyini bilmir

ABŞ Prezidenti Donald Trampın İran Prezidenti Həsən Ruhani ilə danışıqlara hazır olduğunu deməsi Tehranda hökumət nümayəndələri arasında fikir ayrılıqlarına səbəb olub. Bu barədə məlumatı “Əş Şark əl Ausat” qəzeti yayıb. Ruhaninin hələlik Trampın təklifi ilə bağlı tam mövqeyini bildirmədiyi qeyd edilib. Britaniyanın İrandakı səfiri ilə görüşən Ruhani Tehranın regionda və ya beynəlxalq boğazlarda gərginliyi artırmaq istəmədiyini söyləyib. Bununla bərabər, prezident Tehranın neft ixracı haqqından imtina etməyəcəyini də deyib: “Bu gün biz nüvə razılaşması məsələsində kritik məqamdayıq. Avropanın ABŞ-ın nüvə razılaşmasından çıxmasına yönələn kompensasiya tədbirlərinin şəffaf olması bizim üçün çox vacibdir”.
Qəzet həmçinin məşhur iranlı siyasətçi Əli Əkbər Natek Nurinin açıqlamalarına da diqqət yetirib. Belə ki, Nuri Tehranın Trampın təkliflərini qəbul etməli olduğunu bildirib: “Biz danışıqlardan imtina edə bilmərik. Biz gərək bu təklifləri dəyərləndirək. Tramp bizim narahatçılığımızdan istifadə edə bilər. Bizim üçün bu, yoxlama ola bilər. Oman xarici işlər naziri Yusif bin Ələvinin İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşdən bir neçə gün sonra ABŞ-a getməsi vasitəçilik xarakteri daşıya bilər”.
Ruhaninin müşaviri Həmid Əbutalib isə ABŞ-la dialoqa inanmadığını deyib: “Dialoqu mübahisələrin kəsilməsi vasitəsi hesab edənlər bu fikirdə qalmağa davam etsinlər. İran xalqına hörmət, düşmənçilik fəaliyyətlərinin azaldılması, ABŞ-ın nüvə razılaşmasına qayıtması - yalnız bunlar bizim üçün dialoqun davam etdirilməsi vasitəsidir”. Ruhaninin müşaviri ilə bərabər, daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli də ABŞ-a inanılması gərəkdiyini bildirib. İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarrazi isə Tehranın Trampın təkliflərində dəyərli heç nə görmədiyini vurğulayıb.
Parlamentdə də fikir ayrılığı artıb. İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinə rəhbərlik edən Həşmətulla Falaxatpişex İran-ABŞ münasibətlərinin tabulaşdırılmaması gərəkdiyini deyib: “İran-ABŞ mübahisələri digər oyunçular tərəfindən idarə edilir. Qaynar xətlərin yaradılması üçün səylər tələb edilir. Biz İran və ABŞ-ın milli maraqlarını aramızda yaranan eskalasiyadan istifadə etməyə çalışanlardan qorumalıyıq”.
Vitse-spiker Əli Motaxari isə Trampla danışıqları təhqiredici adlandırıb: “Əgər Tramp nüvə razılaşmasından çıxıb, İrana qarşı sanksiyalar tətbiq etməsəydi, o zaman onunla danışıqlar problem olmazdı. İndi isə onun təklifi təhqiredicidir”.

Bu xəbər oxundu
- - -