Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ Moskva səfirliyindəki qadın casusu deşifrə etdi

03.08.18, 10:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ əks-kəşfiyyatı Vaşinqtonun Rusiyadakı səfirliyində Moskvanın xeyrinə casusluqla məşğul olan qadını aşkar edib. “Qardian” qəzeti qadın casusun 10 ildən çox müddətdə səfirlikdə işlədiyini yazıb. Belə ki, o, ABŞ Məxfi Xidməti tərəfindən səfirlikdə vəzifəyə təyin edilib və fəaliyyət dövründə məxfi sənədlərə giriş imkanına sahib olub. Onun giriş imkanı olduğu sənədlər arasında ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Mayk Pensin iş qrafikləri də olub.
Qadın casus əks-kəşfiyyatın diqqətini 2016-cı ildə çəkib, lakin onu dərhal vəzifədən qovmayıblar. O, yalnız ABŞ-ın bir sıra diplomatlarını Moskvadan çıxardığı zaman – 2017-ci ilin yayında vəzifəsindən kənarlaşdırılıb. Əks-kəşfiyyat qadının Rusiya Federal Təhlükəsizlik Xidmətiylə görüşlər keçirdiyini güman edir.

Bu xəbər oxundu
- - -