Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şahdəniz”dən 94 milyard kubmetr təbii qaz çıxarılıb

03.08.18, 11:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İndiyədək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 94 milyard kubmetr təbii qaz hasil edilib. Bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şahdəniz”dən hasilat başlanandan bəri ümumi hasilat qaz üçün 94 milyard standart kubmetrə və kondensat üçün 23 milyon tona çatıb. Qeyd edək ki, cari ilin birinci yarısı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 250 milyon dollardan çox əməliyyat və təqribən 798 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.
Yarım ildə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam edib. Altı ay ərzində yataqdan 5 milyard standart kubmetr qaz və 1,1 milyon ton (təqribən 9 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 32 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz).

Bu xəbər oxundu
- - -