Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Çin ABŞ-ın tələbini rədd etdi

03.08.18, 12:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ administrasiyası Çini İrandan idxal etdiyi neftin həcmini azaltmağa razı sala bilməyib.
Çinlə danışıqlarda iştirak edən amerikalı məmurlar bu barədə “Bloomberg”ə məlumat veriblər. Bildirilib ki, Vaşinqton Çinlə danışıqlarda istəyinə nail ola bilməsə də, ən azı rəsmi Pekin gələcəkdə İrandan aldığı neftin həcmini artırmayacağına dair vəd verib.
Qeyd edək ki, Vaşinqton İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirmək üçün bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini, yalnız vaxt məhdudiyyətilə bağlı xüsusi istisnaları nəzərə alacağını bildirib. Təzyiqlər nəticəsində artıq Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb. Amerikalı rəsmi nümayəndələr həmçinin Çin, Hindistan və digər qeyri-müttəfiq ölkələri də noyabrdan İrandan neft idxalını dayandırmağa razı salmağa çalışır və bu məqsədlə onlarla müzakirələr aparır.
Xatırladaq ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

Bu xəbər oxundu
- - -