Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xamənei Həsən Ruhaninin tələbinə rədd cavabı verib

03.08.18, 13:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei müxalif liderlər - ölkə parlamentinin keçmiş sədri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvinin ev dustaqlığından azad olunmaları ilə bağlı tələbini rədd edib.
İran prezidenti Həsən Ruhani və Milli Təhlükəsizlik Ali Şurası onların azad edilmələri ilə bağlı ayətulah Xaməneiyə müraciət etmişdi.
İranın ali rəhbəri müraciətə cavab olaraq bildirib: “Ölkədə aradan qaldırılası daha əhəmiyyətli problemlər var. Hökumət və Milli Təhlükəsizlik Ali Şurası bu problemlərin təqibçisi olmağı istəməlidir”.
Qeyd edək ki, Mehdi Kərrubi və Mirhüseyn Musəvi 2009-cı ildə keçirilən prezident seçkisində namizəd olublar. Onların tərəfdarları seçkinin saxtalaşdırılmasına etiraz olaraq aksiya keçirmişdi. Hakimiyyətiçi bu xəttə “Yaşıllar hərəkatı” deyirdilər. 2011-ci ildən indiyədək Mehdi Kərrubi, Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rahnəvərd heç bir məhkəmə olmadan ev dustağıdır.
Onların azadlığa buraxılması Həsən Ruhaninin seçki proqramında öz əksini tapmışdı.

Bu xəbər oxundu
- - -