Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gömrük sistemində yeni pilot layihənin tətbiqinə başlanılıb

03.08.18, 14:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə Gömrük Postuna mediatur təşkil olunub.
Mediatur zamanı jurnalistləri Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji innovasiyalar idarəsinin rəisi gömrük xidməti polkovniki Azər Abbasov məlumatlandırıb.
O, təmsil etdiyi qurumun ilk dəfə bu gömrük postunda tətbiq etdiyi pilot layihə barədə danışıb: "Layihə "1 inspektor - 1 nəqliyyat vasitəsi" adlanır. Bütün mal və müşayiət sənədləri bir pəncərədən inspektora təhvil verilir və o inspektor bütün prosedurları axıra qədər aparır. Bunlar sənədləriə baxış, nəqliyyat vasitələrinin, malların, yol vəsiqələrinin və icarə blankının qeydiyyatıdır. Əgər əvvəllər bu mərhələləri 15 dəqiqəyə keçmək olurdusa, hazırda 11 dəqiqədir. Əgər bu layihə müsbət nəticə verərsə, bütün sərhəd-buraxılış məntəqələrində tətbiq ediləcək. Bu da nəqliyyat vasitələrinin, malların və sərnişinlərin sürətli keçidini təmin edəcək".

Bu xəbər oxundu
- - -