Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İran üçün bəla başladı: Sanksiyalar işə düşdü

06.08.18, 7:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ İrana qarşı genişmiqyaslı sanksiyaları bərpa edir.
“RİA-Novosti" xəbər verir ki, sövdələşməyə əsasən, sanksiyaların geri qaytarılması mexanizmi İran tərəfidən yalnız razılaşmaları pozacağı təqdirdə nəzərdə tutulmasına və bunun baş verməməsinə baxmayaraq, ABŞ bunu birtərəfli qaydada elan edib.
Sanksiyalar daha əvvəl İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planı çərçivəsində dayandırılmışdı. ABŞ mayın 8-də nüvə sazişindən çıxdığını bəyan edb.
Ekspertlər artıq ən yaxın həftələrdə xarici müəssisələrə qarşı sanksiyaların tətbiqini proqnozlaşdırırlar. “RİA-Novosti”nin mənbələrinin məlumatına görə, amerikalılar avropalı partnyorlarla danışıqların gedişatında ABŞ-ın hansı sanksiyalar tətbiq edəcəyi barədə heç bir dəqiq cavab verməyiblər.
Beynəlxalq Böhran Qrupunun İran üzrə aparıcı mütəxəssisi Əli Vaez “RİA-Novosti” agentliyinə danışıb ki, avqustun 6-dan tətbiq olunan sanksiyalar qeyri-neft sektoruna və maliyyə sazişlərinə yönəlib.
“Daha ağır sanksiyalar noyabrın 4-də tətbiq olunacaq və İranın neft ixracını hədəf alacaq”, - ekspert əlavə edib.
Qeyd edək ki, “Blomberg” agentliyinin məlumatına görə, artıq “Total”, “Maersk”, “Peugeot”, “General Electric”, “Baker Hughes”, “Honeywell”, “Boeing”, “Lukoil”, “Reliance”, “Dover” və “Siemens” kimi nəhənglər İrandan çıxdığını elan ediblər.
Dövlət katibi Mayk Pompeo elan edi ki,. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bu ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq nümayişlərin davam etməkdə olduğu bir vaxtda baş verir. Dövlət katibi bəyan edib ki, sanksiyalar daha da sərtləşdiriləcək.
Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiyaların tətbiqinə ciddi nəzarət edəcəyini bildirib. Dövlət katibinin sözlərinə görə, Tehrana qarşı hətta nüvə sövdələşməsinə qədər qüvvədə olan sanksiyalardan daha sərt sanksiyalar tətbiq edilə bilər. Pompeo situasiyanın yaxşılaşması üçün başlıca şərti açıqlayıb, deyib ki, İran özünün siyasi kursunu dəyişməli və “normal ölkəyə” çevrilməlidir. Yalnız bundan sonra Tehranla dialoq yolu açıla bilər.
ABŞ dövlət katibinin bildirdiyinə görə İran “böyük dəyişikliklərdən” keçməlidir ki, prezident Donald Tramp dialoqun aparılması üçün açıq olsun. Pompeo Trampın İranın özünü “normal ölkə kimi aparmağa” məcbur etmək niyyəti barədə də danışıb.
Mayk Pompeo sanksiyaların nəticələrinə görə məsuliyyətin Tehranın üzərinə düşdüyünü bildirib. “İran xalqı amerikalılardan deyil, öz rəhbərlərindən narazıdır. Bu, sadəcə olaraq iran xalqının öz hakimiyyətindən narazılığıdır. Prezident aydın şəkildə bildirib ki, iran xalqı ona kimin rəhbərlik edə biləcəyi barədə ciddi səs haqqına malik olmalıdır”-Pompeo bildirib.
ABŞ dövlət katibi İrandakı etirazlara da toxunub və rejimin dinc etirazçılara qarşı zor işlətməsindən ciddi narahatlıq ifadə edib. Deyib ki, ABŞ İranı öz vətəndaşlarının haqlarına hörmət etməyə çağırır.

Bu xəbər oxundu
- - -