Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranda parçalanma: Ruhani parlamentə qarşı

06.08.18, 9:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran Prezidenti Həsən Ruhani parlamentdə iqtisadi problemlərlə bağlı deputatların suallarını cavablandıracaq. Bu barədə məlumat Ruhaninin İran parlamentinin spikeri Əli Laricaniyə ünvanlandığı məktubunda yer alıb. “Prezidentin dindirilməsi üçün minimum iki bəndə əməl edilməlidir. Birincisi, bu dindirilmə konstitusiya əsasında olmalıdır, ikincisi isə dindirilmə doğru zamanda olmalıdır. Təəssüf ki, bu tələblərdən heç birinə əməl edilməyib. Hakimiyyətin qolları arasındakı istənilən ziddiyətdən qaçmaq və İslam Məşvərət Şurasına hörmət göstərmək üçün mən təyin olunan vaxtda parlamentə gedəcəyəm”,- deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ruhani ölkədəki iqtisadi problemlərlə bağlı açıqlama verməsi üçün parlamentə dəvət edilmişdi.

Bu xəbər oxundu
- - -