Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Moskva Qarabağla bağlı mövqeyini kəskin dəyişə bilər”

06.08.18, 13:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan hökumətinə ünvanlanmış sərt bəyanatını Moskvanın Yerevana son xəbərdarlığı kimi dəyərləndirmək olar.
Bunu rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.
Ekspertin sözlərinə görə, Nikol Paşinyanın razılaşmaları icra etmədiyi, siyasi rəqibləri təqib etməmək vədlərini yerinə yetirmədiyi aydın olub:
“Korrupsiya ilə mübarizə adı altında Yerevan rejimi ilk növbədə Qərbdəki sponsorların Moskva ilə münasibətləri pozmaq sifarişini yerinə yetirir. Fikrimcə, bunun sonu kədərli olacaq. Hesab edirəm ki, Rusiya bir çox istiqamətdə, ilk növbədə də silah tədarükü sahəsində strateji tərəfdaşlıq planlarını təkrar nəzərdən keçirəcək və ola bilər ki, Qarabağ məsələsi ilə bağlı mövqeyini kəskin dəyişəcək. Yerevan öz hərəkətlərinə görə cavab verə bilməyən müttəfiq kimi öz həqiqi üzünü göstərir”.
Y.Mixaylov əlavə edib ki, S.Lavrovun bəyanatının ardınca Ermənistanı müttəfiqlik razılaşmalarının icra olunmasına məcbur edəcək daha sərt addımlar atılacaq.
Xatırladaq ki, S.Lavrov Ermənistanda baş verən hadisələrin yeni hökumətin daha əvvəl verdiyi bəyanatlarla ziddiyyət təşkil etdiyini bildirmişdi.

Bu xəbər oxundu
- - -