Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yaşayış binaları yaxınlığında anbarda baş vermiş yanğın söndürülüb

06.08.18, 14:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yaşayış binalarının yaxınlığnda yerləşən həyət evləri və obyektlərin ərazisində yanğın baş verib.
Hazırda yanğını söndürmək üçün hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonundakı yanğınla bağlı yaydığı məlumatda qeyd olunur ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən anbarda yanğın baş verib. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Ölən və xəsarət alan olmayıb.

Bu xəbər oxundu
- - -