Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verib

06.08.18, 14:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı verib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Bu xəbər oxundu
- - -