Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dövlət sərhəddimizdən saxta sənədlərlə keçmək istəyən 4 əcnəbi saxlanılıb

07.08.18, 7:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən son gün¬lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası¬nın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
DSX-dən verilən məlumata görə, 24 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam Res-publikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sər¬həd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zama¬nı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspa¬niyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib.
26 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sər¬həd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı pasportun sax¬talaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanıl¬mış şəxsin Palistan İslam Respublikasının vətəndaşı olması müəy¬yən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb.
30 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə ta¬rix-ştampların saxtalaşdırılması müəyyən edilib.
06 avqust tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqə¬sində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub.
Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.

Bu xəbər oxundu
- - -