Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Paşinyanın axırı pis olacaq”

07.08.18, 9:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Əgər Ermənistan hakimiyyəti avqustun 17- də Rusiyanın ərazisində kütləvi erməni nümayişlərinin təşkilatına cəhd edərsə burada nəinki bunu anlayacaqlar, həm də bu Nikol Paşinyana münasibətdə səbr kasasını daşdıran son damla olacaq". Bu barədə Müasir dövlətlərin Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov deyib. O, dövlət radiosunun efirində çıxışı zamanı Rusiya Ermənistan münasibətlərindən bəhs edib.
Ekspertin sözlərinə görə, problemi küçə şüarları ilə həll etmək mümkün deyil. "Ermənistanda isə problem xirtdəkdən yuxarıdır. Onlar həll edilmirlər”, deyə rus ekspert bildirib.
Onun fikrincə, Paşinyan Ermənistanda dəyişilməyən hakimiyyətdən yorulanlar üçün idela səkərdə rolunda çıxış edib. İnsanlar ona inandılar və arxasınca getdilər. "Amma bunlar hamısı o zaman oldu. Ölkəni idarə etmək üçün bilik, təcrübə, qabiliyyət lazımdır. Bütün bunları isə mən Paşinyanda görmürəm. Bundan başqa o biri birinin dalınca səhvlər edir".
Mitinqlərlə uzun müddət rəhbərlikdə qalmaq, xalqı bu yolla yedirmək olmaz. Tezliklə qışdır. İnsanlar artıq küçələrə də çıxmayacaq. Elə Paşinyanın özünün də danışmağa sözü qalmayacaq. Bu isə çox tezliklə olacaq.
Onu da qeyd edək ki, ermənilər Paşinyanı yeni siyasi ulduz etmək istəyirlər. Ermənilərin Avropa Assambleyası diaspor təşkilatlarını baş nazirə dəstək nümayiş etdirməyə çağırıb. Bunun üçün onlar Paşinyanın İrəvanda avqustun 17-də keçirilməsi planlaşdırılan mitinqi zamanı müxtəlif ölkələrin Ermənistan səfirliklərinin qarşısında ona dəstək nümayişləri təşkil etmək istəyirlər. Müraciətdə deyilir ki, dünyanın Paşinyanın ermənilərin tam dəstəyini qazandığını anlaması vacibdir.
Bu təklifə başqa ölkələrin güc sturukturlarının necə yanaşacağı bəlli deyil, amma Ermənistanın srtateji tərəfdaşı olan Rusiyanın reaksiyası mənfidir. Polis mitinq çağırışına sərt reaksiya verib. "Mitinq etmək istəyilər qoy öz ölkələrinə getsinlər", deyə yüksək rütbəli zabitlərdən biri bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu cür aksiyalar arzuolunmaz hal kimi qəbul edilir və tədbir görüləcək. Belə sərt reaksiyadan sonra çətin ki, ermənilər Rusiyada mitinqə çıxsınlar.
Xatırladaq ki, küçə natiqi olan Paşinyan xalqla ünsiyyətin yeni formasını tapıb. 17 avqustda İrəvanın əsas meydanında o çox sevdiyi işi görəcək – mikrafonla danışacaq, başqaları isə susub qulaq asacaq. Mitinqdən sonra isə xoşbəxt, özündən razı halda evinə gedəcək. Amma əsas məqsədinə çatacaq – xalq sual verə bilməyəcək. Onların sayı isə bir vaqondur.

Bu xəbər oxundu
- - -