Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyənin bu addımları Qərbi və ABŞ-ı....

07.08.18, 9:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünyanın üzərindəki “qaranlıq əl” regionda gün keçdikcə daha çox söz sahibi olan Türkiyənin ittifaq qurduğu bütün ölkələri hədəf seçir. 2013-cü ildən İranla yaxınlaşan Ankaranın güclənməsindən narahat olan dünyəvi şəbəkə 17-25 dekabrda çevriliş cəhdini həyata keçirdi.
Həmin şəbəkə 2016-cı ildə Qətərlə iqtisadi münasibətləri inkişaf etdirən Türkiyənin planlarını bu dəfə rəsmi Dohaya embarqo tətbiq etməklə baltaladı. Son olaraq Venesuelanın qızıl sifarişinin İsveçrədən deyil, Türkiyədən edilməsi müzakirəyə qoyularkən bu ölkənin prezideti Nikolas Maduro sui-qəsdlə üz-üzə qaldı. Maduronun Türkiyənin ünvanına dediyi “yeni bir gücün doğulduğunu bilirik” sözləri hafizələrdəki yeniliyini hələ də qorumaqdadır. Bu dövrdə gerçəkləşən sui-qəsd təşəbbüsü Qərbin tarixin dərinliklərindən gələn “Vay, türklər gəlir” qorxusu və təlaşını yenidən gün üzünə çıxardı.
Tarixdə geriyə doğru səyahətə çıxsaq, 2015-ci ildə Türkiyənin Qətərdə hərbi baza qurması gündəminə rast gələrik. Qətərlə yaxşı münasibətlər o dövrdə təhlükəsizlik, iqtisadiyyat və qazanclar baxımından Ankaranın xarici siyasətdəki əhəmiyyətli uğurlarından biri kimi dəyərləndirilirdi. Regional rəqabətdə Türkiyəni oyun quran bir aktyor kimi inkişaf etdirən Qətərlə ittifaq, başda Misir və Səudiyyə Ərəbistanı olmaqla, Körfəz ölkələri ilə İsraili narahat etdi. Qısa müddət sonra ABŞ Qətərə iqtisadi embarqo, ərəb ölkələri isə bir sıra sanksiya tətbiq etdi.
Bir az da geriyə getdiyimizdə Türkiyənin 2013-cü ildə İran və Qətərlə üçlü ittifaqı regional balansı ABŞ-ın nəzarətindəki Səudiyyə Ərəbistanı, İsrail və Misirin əleyhinə çevirmək üzrə olduğunu görərik.
İran ilə Türkiyənin qızıl ticarətindən doğan narahatlıq Ankaranın başında 17-25 dekabr çevriliş cəhdi, Tehranın başında isə nüvə böhranı kimi partladı.
Dünya özünə yeni bir balans qurarkən daha öncə ikiqütblü nizam, indi isə Avropa İttifaqının daxil olduğu çoxqütblü nizam pozulmaq mərhələsinə gəlmişdi. Yeni dünyada Türkiyə də özünə daha iddialı bir mövqe seçmək axtarışlarını davam etdirərkən bir tərəfdən də Avropa İttifaqı dağılmaq, ABŞ isə geriləməmək üçün çirkli planlar qurmaq dərdində idi. Türkiyənin Rusiya ilə yaxınlaşması, Çinlə əməkdaşlıq qurması, Şanxay beşliyi ilə işbirliyi və yeni “İplək yolu” layihəsi ABŞ və Avropa İttifaqını ürküdən ssenari olaraq tarixdə mövcudluğunu qoruyur. Vaşinqton bu bağları qoparmaq üçün Çinə əlavə gömrük vergiləri tətbiq edərkən, sonra da Türkiyədən idxal edilən məhsullara tətbiq edilən vergi asanlığını qaldırdı.

Bu xəbər oxundu
- - -