Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan və Gürcüstana təhdidlər... – Lavrovun müavinindən şok açıqlama

07.08.18, 9:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tiflis və bölgənin digər ölkələri 2008-ci ildə Gürcüstanda baş vermiş hadisələri nümunə götürərək, bu cəza tədbirindən dərs çıxarmalıdırlar.
Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
Karasin qeyd edib ki, Gürcüstan hakimiyyəti vaxtilə atdığı addımlara görə təəssüflənməlidir:
“Bu hadisələr baş verəndən sonra Mixail Saakaşvili getdi və indi də həmişəki kimi qumar oynanılır. İndi gürcülərin məsuliyyətli lideri yoxdur. 2008-ci ildə qanlı hadisələr baş verdi və iki gənc ölkə ayrıldı, biz onları tanıdıq. İndi də Abxaziya və Cənubi Osetiya ilə müttəfiqlik əlaqələrimizi inkişaf etdiririk.
Ümid edirik ki, bundan təkcə Tiflis yox, Qafqazın və dünyanın digər dövlətləri də nəticə çıxaracaqlar”.
Diplomat Cenevrədə Gürcüstan, Rusiya, ABŞ və iki separatçı rejimin iştirakı ilə keçirilmiş görüş barədə də danışıb: “Biz bu görüşdə Qafqazın təhlükəsiziliyi barədə danışdıq. Ümid edirk ki, bu bölgədə yaşayanlar sabah haqda düşünəcəklər”.
Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinə ordu yeridərək bu iki bölgəni işğal edib.
Bölgələrdə özlərini müstəqil elan edən separatçı rejimlər rəsmi Moskva tərəfindən tanınır.

Bu xəbər oxundu
- - -