Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Almaniyanın MDB ölkələri ilə bağlı qərarıi

07.08.18, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa Komissiyası üçüncü ölkələrə “qızıl pasport”ların verilməsini azaltmaq niyyətindədir.
Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri xəbər verir ki, əsasən daşınmaz əmlak və investisiyaya görə əldə edilən qızıl pasportların MDB ölkələrinə verilməsi azaldılacaq.
“Avropa Komissiyası “qızıl pasport”ların verilmə sayının artması ilə əlaqədar çox narahatdır” – Avropa Ədliyyə Komissarı Vera Yurova bildirib.
Onun sözlərinə bu qərar çirkli pulların yuyulması və Aİ-nin təhlükəsizliyini pozmaq üçün "qızıl" sənədlərdən istifadə təhlükəsi ilə bağlıdır.
Xatırladaq ki, “qızıl pasportlar” bəzi Avropa ölkələri tərəfindən daşınmaz əmlakın əldə olunması və ya ölkə iqtisadiyyatına nəzərəçarpan investisiya qoyuluşu müqabilində üçüncü ölkə vətəndaşlarına verilir.
Yurova bu sənədlərin ittifaq içərisində ən çox Kipr, Yunanıstan və Malta kimi ölkələr tərəfindən verildiyinə diqqət çəkib.
Bu sənədlərin ən çox əldə edildiyi ölkələr sırasında isə Çin və keçmiş SSRİ məkanın dövlətləri üstünlük təşkil edir.
“Biz ittifaqa “Troya atı” istəmirik. Bəzi ölkələr AB təhlükəsizliyinə problem yaradan və pulların yuyulması ilə məşğul olan cinayətkarlara ayrılmaması vətəndaşlığın üçün daha çox iş görməlidirlər” – Avropa Komissarı bildirib.
Qeyd edək ki, Kipr və adları çəkilən digər ölkələr “qızıl pasport”ların satılması ilə əlaqədar uzun müddət tənqidə məruz qalıb. Guardian qəzetinin araşdırmasına görə Nikosiya 2013-2017-ci illərdə Rusiya və Ukrayna elitasına bu sənədlərin satışından 4 milyard avro qazanc əldə edib. Araşdırmada bu tendensiyanın İspaniya, Latviya, Macarıstan və Portuqaliya kimi ölkələrdə də davam etdiyi vurğulanır.

Bu xəbər oxundu
- - -