Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Deputatdan təklif- Türkiyənin bu bölgəsi...

07.08.18, 11:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Türkiyənin Nazili vilayətindən 32 nəfərdən ibarət nümayəndə heyəti “Nazilidən Azərbaycana könül körpüsü” layihəsi çərçivəsində ölkəmizə səfər ediblər.
Azərbaycanda ilk dəfə olan qonaqlar səfər çərçivəsində ölkəmizin müxtəlif bölgələri ilə tanış olublar və Tovuzda Şəhidlər Xiyabanını ziyarət ediblər.
Millət vəkili qonaqlara Tovuzun ən çox şəhid verən rayonlardan biri olduğunu deyib və Ermənistanın Azərbaycan torpaqlarında, azərbaycanlılara qarşı törətdiyi vandalizm aktları haqqında geniş məlumat verib:
“Tovuzun Ağdam kəndinin sakinləri hər an ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qalıblar. Onlar illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlarını ziyarət edə bilmirlər”.
Qonaqlar Ağdam kəndinin sərhəddə yerləşən qədim ziyarətgahı Alı Dədə abidəsinin və qəbiristanlığın dağıdıldığına şahidlik ediblər.
Q.Paşayeva bildirib ki, Türkiyədən olan nümayəndə heyətinin Azərbaycanın cəbhəyanı kəndlərindəki durumla daha yaxından tanış olması Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə daha obyektiv çatdırılmasında mühüm rol oynayır.
Türkiyə nümayəndə heyəti millət vəkili Qənirə Paşayevanın Nazili bölgəsinin Tovuzla qardaşlaşması təklifini müsbət qarşılayıblar.

Bu xəbər oxundu
- - -