Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İYİ Partiyasındakı istefaların səbəbi...

07.08.18, 11:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu istefaların əsas səbəbi İYİ adlı layihənin, daha doğrusu, Maral Akşənərin siyasətçi kimi çökməsidir.
Bu sözləri Türkiyənin İYİ Partiyasının təsisçilərinin ard-arda istefa verməsinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Maral Akşənərsiz İYİ Partiyası olmayacaq. Ona görə də İYİ Partiyasının üzvləri Akşənərə yenidən partiyaya rəhbərlik etməsi üçün yalvarırlar.
Politoloq qeyd edib ki, ən azı indiki dövrdə Akşənər partiya liderliyinə qayıdacaq:
“İYİ Partiyası hələ bir müddət də fəaliyyətini davam etdirəcək. Amma unutmaq olmaz ki, bu partiyada hələ də Baxçalının nüfuzu kifayət qədər yüksəkdir. Bu yaxınlarda Baxçalı çıxışlarının birində İYİ Partiyasını Akşənəri geri qaytarmağa çağırmışdı. Ümumiyyətlə, gedən proseslər onu göstərir ki, Akşənər yenidən İYİ Partiyasına liderliyə qayıdacaq”.
Qeyd edək ki, bundan əvvəl partiyanın təsisçilərindən Yusif Halaçoğlu, Özcan Yeniçəri, Nevzat Bor və Məhməd Fatih Əryılmaz partiyadan ayrıldığını bəyan etmişdi.

Bu xəbər oxundu
- - -