Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənipərəst Kazimirov narahatdır

07.08.18, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bu cür qarşıdurma vəziyyəti çətin ki Bakı ilə danışıqlarda Ermənistanın xeyrinə olsun”

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üzrə Rusiya prezidentinin 1992-96-cı illərdə səlahiyyətli nümayəndəsi, ermənipərəst mövqeyilə tanınan Vladimir Kazimirov nüfuzlu “Nezavisimaya qazeta” nəşrinə müsahibə verib. Söhbət zamanı o, Dağlıq Qarabağ münaqişənin nizamlanması və Ermənistanda baş verənlərin danışıqlar prosesinə təsirindən danışıb.
Onun sözlərinə görə, Sovet İttifaqı ərazisində ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağın statusuna görə ortaya çıxan münaqişə SSRİ-nin parçalanmasında başlıca rol oynayan səbəblərdən biri olub. Lakin Kazimirov hesab edir ki, bu münaqişə təkcə iki dövlətin yox, digərlərinin də münasibətlərinin gərginləşməsinə təsir edib.
“Siyasi müstəvidə başlayan və tədricən hərbi müstəviyə keçən Dağlıq Qarabağ problemi hazırda irimiqyaslı hərbi münaqişəyə çevrilib, çoxsaylı insan itkisi və dağıntılarla müşayiət olunub. Lakin atəşkəsin imzalanmasından 25 ildən çox vaxt ötməsinə və Dağlıq Qarabağ məsələsi üzrə artıq uzun illərdir ki, danışıqlar aparılmasına baxmayaraq, münaqişə canlar almaqda davam edir.” – deyə, o bildirib.

Bununla belə, Kazimirova görə “digər beynəlxalq məsələlərdəki fikir ayrılıqlarına rəğmən Minsk qrupunun 3 həmsədri – ABŞ, Rusiya və Fransa Qarabağ məsələsi üzrə kifayət qədər səmərəli əməkdaşlıq edirlər və münaqişənin mütləq formada yalnız sülh yolu ilə həllinə çalışırlar.”
Ermənistanda baş verən son daxili siyasi dəyişiklərdən danışan Kazimirov, bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsirinə də toxunub. Onun fikrincə, hazırda Ermənistanda şəxsi siyasi mübarizəsi gedir.
“Son zamanlar Ermənistanda daxili vəziyyət yenidən gərginləşib. Ölkənin keçmiş və hazırkı liderləri arasında toqquşma yaranıb. Bu cür qarşıdurma vəziyyəti çətin ki Bakı ilə danışıqlarda Ermənistanın xeyrinə olsun. Belə getsə, İrəvan danışıqlar prosesi və görüşlərin ləngidilməsi, yaxud pozulmasında ittiham oluna bilər.” – deyə, Kazimirov bildirib.
O hətta işğalçı ölkənin liderlərinə - Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyanvə Nİkol Paşinyana çağırış edərək, şəxsi antipatiyanı bir kənara qoyub təcili bir araya gəlməyi və Qarabağ münaqişəsinin nzamlanmasilə bağlı vahid mövqe işləyib hazırlamağı məsləhət görüb.

Bu xəbər oxundu
- - -