Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan rəhbərliyi populist bəyanatlara üstünlük verməklə vaxt udmağa çalışır”

08.08.18, 7:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tofiq Zülfüqarov: “Bu da özlüyündə Dağlıq Qarabağ məsələsinin həllini çətinləşdiri”

“Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Qarabağ konfliktinin həlli istiqamətində aparılan danışıqlarda Qarabağda terrorçu rejimin tərəf kimi qatılmasını bir daha irəli sürüb. Hesab edirəm ki, Paşinyan hökuməti hazırda daxili siyasi proseslərə görə münaqişənin tənzimlənməsi üçün Azərbayacan tərəfindən vaxt istəyib. Buna baxmayaraq, xarici işlər nazirləri səviyyəsində danışıqlar Brüsseldə baş tutub və növbəti görüş üçün diplomatik kanalllarla danışıqlar aparılır”.
Bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyəti daxildə Rusiyaya bağlı olan Qarabağ klanını sıradan çıxartıqdan sonra, Qərbin moderatorluğu ilə konfliktin həlli üzrə danışıqları aparmaq niyyətindədir. Paşinyan vaxti ilə eyni siyasi düşərgədə olduğu hazırda "boz kardinalı" eks-prezident Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı "mərhələli həll" planını dəstəkləyir. Baş nazir yaxşı anlayır ki, münaqişəni həll etməsə, onun Ermənistanda həyata keçirdiyi islahatlar effekt verməyəcək və Rusiya təsir rıçaqını saxlamış olacaq. Hazırda rəsmi Bakı Ermənistanın yeni hakimiyyətinin daxili siyasətində atdığı addımların Qarabağ konfliktinin həllinə necə təsir etdiyini diqqətlə izləyir: “Paşinyan 17 avqust mitinqdə xalqdan böyük dəstək alqdıqdan sonra, anti-Rusiya siyasətini daha da inkişaf etdirəcək. 17 avqust mitinqi onun daxili və xarici siyasətdə mövqelərini möhkəmləndirəcək. Nikol Paşinyan gələn aprel ayında növbədən kənar parlament seçkilərinə kimi hakimiyyətini qoruyub saxlayarasa, seçkidən sonra Ermənistanda işğal olunmuş ərazilərin boşaldılması üçün suyasət ortaya qoya bilər. Bundan əlavə, çalışacaq ki, Rusiya qoşunlarının ölkəsindən çıxarılmasına və Azərbaycanla danışıqlar üçün real siyasi, substantiv danışıqlara gedə bilər. Azərbaycan tərəfi də məhz bu zamanı gözləyir”.
Politoloq qeyd edib ki, biz gələn il aprel ayına kimi Qarabağ danışıqlarında durğunluğun şahidi ola bilərik. Diplomatik kanallarla rəsmi Bakı Ermənistanın yeni hakimiyyətinin münaqişənin həlli ilə bağlı mövqeyi ilə yaxından tanış olur. Ermənistan hakmiyyəti "Aland adaları" modelini, yada aralıq status qəbul edə bilər. Qeyd edim ki, Paşinyanın Qarabağ separatçılarını tərəf kimi danışıqlarda yer almasını irəli sürürsə, bu daxili auditoreyaya hesablanmış ola bilər. Nikol və "boz kardinalı" Levon Ter Petrosyanda çox yaxşı bilir ki, Azərbayacan bu şərti heç vaxt qəbul etməyəcək: “Rusiya Ermənistanın yeni hakimiyyətinin siyasətini qarşısın alıb-alamayacağı növbəti aylarda görəcəyik. Göründüyü kimi, NATO-nun Gürcüstanda keçirilən təlimlərə Kremlin sərt reaksiyası oldu. Baş nazir D.Medvedev Gürcüstanı açıq təhdid etdi. Xarici işlər nazirinin muavini Karasin ad çəkmədən Azərbaycan, Ermənistan və Gürcüstana qarşı bu təlimlərdə iştirakına görə sərt xəbərdarlığı Moskvanın yeni planlarından xəbər verir. Moskva Cənubi Qafqazda xüsusi ilə Ermənistanda mövqelərinin itirilməsinə seyrçi qalmayacaq. Mümkündür ki, Ermənistanda siyasi proseslərə müdaxilə etsin. Serj Sarkisyanın əli növbəti dəfə revanşa hazırlaşsın. Amma, xalq birmənalı şəkildə Paşinyandan əlavə Rusiyanın hər hansı bir siyasi fiquruna dəstək olmayacaq”
M.Əsədullazadənin fikrincə, Ermənistanda aprel ayında etiraz aksiyalarına başçılıq edən Vətəndaş Birliyi Partiyasının sədri və parlamentdə olan müxalif Yelk blokunun deputatı Nikol Paşinyan Sərkisyan hakimiyyətini devirərək bu ölkədə yeni mərhələnin əsasını qoydu. May ayında baş nazir postunda əyləşəndən dərhal sonra onun Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları vəziyyəti gərginləşdirirdi və demək olar ki, qeyri-konustruktiv təkliflər irəli sürərək danışıqların ruhuna zərbə vururdu. Hazırda münaqişə ətrafında situasiya gərgin olaraq qalır və xarici işlər nazirləri səviyyəsində danışıqlar baş tutsa da, real irəlləyişlər nəzərı çarpmır. Halbuki, Ermənistan üçün ən ümdə məsələ münaqişənin həllini tezləşdirməkdi: “Amma biz Nikol Paşinyanın manevr etdiyini, hələlik real danışıqlardan yayındığını görürük. Bunun daxili problemlərlə əlaqəli olduğunu vurğulayırlar və Azərbaycan tərəfindən vaxt istəyirlər. Hesab edirəm ki, indiki situasiya gərgindi və müharibə ehtimalı yüksək olaraq qalır. Ermənistanın baş naziri Nikol Paşinyanın ilk günlərdə verdiyi açıqlamalardan aydın olurdu ki, yeni hakimiyyət Sərksyan rejiminin yolunu davam etdirir, hətta daha da sərt siyasi xətt ortaya qoyur. Paşinyanın Qarabağ separtçılarını danışıqlarda tərəf kimi göstərməsi, Ermənistanın bu danşıqlarda yalnız vasitəçi kimi olmasını qeyd etməsi, təbii ki, danışıqların fiaskosudur. Amma Azərbaycanın Naxçıvan və cəbhənin digər istiqamətlərində işğalçıya mesajı əslində Paşinyana mesaj idi. Hazırda o, yaxşı anlayır ki, danışıqların dayanması və verdiyi mesajlar Azərbaycanın sərt hərbi təzyiqlərinin başlanmasına rəvac verə bilər. Brüsseldə xarici işlər nazirlərinin görüşündə Ermənistan tərəfinin Minsk formatının davamı etməsi barədə bəyanatı, görünür Paşinyanın danışıqlarda maraqlı olmasına gətirib. Qeyd edim ki, danışıqlar müvəqqəti dayansa da, bu Ermənistan tərəfinin Azərbaycandan vaxt əldə əldə etməsidir. Çünki, yeni hakimiyyət Rusiyaya bağlı siyasi dairələri zərərləşdirməklə məşğuldur. Bundan əlavə, Erməni Milli Konqresinin üzvü tərəfindən ötən günlərdə Yerevanda verilən bəyanat məhz Paşinyan rejiminin siyasi xətti kimi qəbul olunmalıdır. O, bəyanatda Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyini və ərazilərin qaytarılmasını vurğulamaqla, məhz yeni siyasi xətti elan etmiş oldu”.
Politoloqun fikrincə, Ermənistanda etiraz aksiyaları birmənalı şəkildə Qərbdən idarə olunurdu. Sosial etirazlar fonunda keçirilən bu aksiyalar əsasən SOROS və Amerika Erməni Assambeleyası tərəfindən idarə edilirdi. Məqsəd ölkədə Rusiyanın bu ölkədən çıxarılması və Ermənistanın Qərbə inteqtasiyası idi. Nikol Paşinyanın daxildə Rusiyaya bağlı dairələri zərərsizləşdirməsi və həyata keçirilən həbslər buna hesablanıb. Rusiyanın bu ölkədə əsas siyasi dayağı olan Köçəryan-Sərkisyan ittifaqının Paşinyan tərəfindən zərərsizləşdirilməsi bununla bağlıdır. Köçəryanın həbsi, digər tərəfdən Kremlə bağlı generalların istintaqa çağırılması, məhz gələcəkdə mümükün dövlət çevrilişinin qarşısını almağa planlanıb: “Rusiya revanş göturərək Köçəryanın başçılığı ilə növbəti dəfə hakimiyyəti ələ ala bilər. Ona görə də Paşinyan var qüvvəsi ilə bu klanı çökürdürməyə və onları siyasi səhnədən tam uzaqlaşdırmağa çalışır. Paşinyanın əsas siyasəti qərbpərəstdir. Onun Rusiya ilə bağlı sözdə qeyd etdikləri yalnız Rusiyanı qəzənbləndirməməkdi. Hazırda Rusiyanın Gümrüdəki 102-ci bazasının boşaldılması üçün çağırışlar edilir. Təbii ki, bunlar yeni hakimiyyət tərəfindən idarə olunur. Hesab edirəm ki, Paşinyan Rusiya və Qərb arasında qaldıqda əsasən Qərbin siyasətini üstün tutacaq. Çünki, xalq onu yalnız Qərb siyasi dəyərləri uğrunda hakimiyyətə gətirib. Rusiyanın Ermənistandan çıxması isə regionumuz üçün müsbət irəliləyişlər vəd edir”.
Onun sözlərinə görə, Paşinyanın daxili siyasətdə atdığı addımlar əsasən xalqda məmnuniyyətlə qarşılanır: “Çünki, 20 illik Qarabağ klanı bu ölkədə korrupsiya və ciddi siyasi problemlərə yol açıb. Dövlətin bütün təsisatlarını zəiflədib. Qarabağ klanının sıradan çıxarılması Rusiyanın bu ölkədə dayaqlarının aradan götürülməsinə və həmçinin özünün gələcək seçkilərdə rəqiblərini zərərləşdirməyə hesablanıb. Bu həbslər əsasən Qarabağ klanına məxsus şəxslərə şamil olunub. Ona görə də yeni etirazların baş qaldırmasını gözləmirəm. Amma, Paşinyanın sosial və iqtisadi islahatlar vədi yerinə yetirilməsə, əhalinin sosial vəziyyəti yaxşılaşmasa, mümükün etiraz aksiyalarının keçirilməsi baş verə bilər. Hesab edirəm ki, Ermənistanın inkişafı yalnız onun işğaçılıq siyasətindən əl çəkdikdən sonra mümkündür. Nə qədər ki, işğalçılıq siyasətini davam etdirir, bu ölkədə hər hansı inkişafdan söhbət gedə bilməz. Düşünürəm ki, Ermənistan Qarabağ klanını sıradan çıxarmaqla və ölkəsinin real inkişafına nail olmaq üçün Qarabağ danışıqlarında kompromisə gələ bilər. Qərbin də məhz istəyi münaqişənin həlli və Ermənistanın Rusiya buxovundan çıxmasıdır. Nə qədər ki, Ermənistan işğal etdiyi ərazidən çıxmayıb, Ermənistanda Rusiyanın forpostundan çıxmayacaq. İnqilab və islahatların da heç bir müsbət təsiri olmayacaq. Rusiya Ermənistanı bataqlıqda saxlayacaq. Ona görə də Paşinyan praqmatik siyasət ortaya qoyub, xalqının rifahı üçün münaqişəni həll etməlidir”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə deyib ki, Ermənistan rəhbərliyi populist bəyanatlara üstünlük verməklə vaxt udmağa çalışır.
“Bu da özlüyündə Dağlıq Qarabağ məsələsinin həllini çətinləşdirir. Ancaq reallıqda ermənilər müharibədən çox ciddi şəkildə ehtiyat edirlər və bunun reallaşa biləcəyindən narahatdırlar. İrəvanın əsas marağı danışıqlar prosesinə dair hansısa gözləntilərin formalaşdırılmasından ibarətdir. Ermənistan Azərbaycanla real danışıqlara hazırdırsa, onda ilk növbədə öz daxili ictimaiyyəti üçün fərqli siqnallar, bəyanatlar verməlidir. Ancaq onların bəyanatları reallıqdan çox uzaqdır”, - T.Zülfüqarov bildirib.
Sabiq nazir hesab edir ki, hazırda dünyada baş verən geosiyasi proseslər də Dağlıq Qarabağ probleminin həllinin yubanmasına səbəb olur:
“İran problemi getdikdə daha da kəskinləşir, eyni zamanda, Rusiyaya qarşı sanksiyalar və təzyiqlər də genişlənir. Bu fonda əlbəttə ki, regionda böyük nüfuza malik olan ölkələrin münaqişəli problemlərlə məşğul olmağa imkanları və həvəsi azalır. Erməniləri də narahat edən elə məhz bu məsələdir. Çünki onlar başa düşürlər ki, Rusiya artıq Ermənistana öz marağını itirir. Ona görə də öz işğalçı siyasətlərini hansısa şəkildə davam etdirməyin yollarının axtarışındadırlar. Bu da regionda olan ümumi böhranın bir örnəyi, versiyası kimi qəbul olunmalıdır. Əgər Ermənistan münaqişənin həllini istəyirsə, ilk növbədə onun təbliğatını dəyişməli, ictimaiyyətə populist şüarlar verməkdən vaz keçməlidir. Təəssüf ki, hələ bu baş vermir”.

Cavid

Bu xəbər oxundu
- - -