Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putinin Trampa etdiyi təkliflər hansılardı?

08.08.18, 8:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İyulun 16-sı Helsinkidə baş tutan ABŞ-Rusiya sammitində Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampa təqdim etdiyi qarşılıqlı tərksilah barədə təkliflər sənədinin detalları bəlli olub.
“Politico” qəzeti Moskvadakı mənbələrindən sənədin rusdilli versiyasını əldə edib və Moskvanın təkliflərinin nədən ibarət olduğunu aşkalayıb.
Sənədə əsasən, Rusiya silahlar üzərində nəzarət sahəsində ABŞ-la münasibətlərin normallaşdırılmasına hazır olduğunu bildirib. O cümlədən, Moskva strateji hücum silahlarının azaldılmasına dair 2010-cu ildə imzalanan müqavilənin daha 5 il müddətinə uzadılmasını təklif edib. Rusiya ilə ABŞ arasında imzalanan həmin müqavilə nüvə başlığı daşıyan silahların sayında ixtisar edilməsini nəzərdə tutur.
Putin həmçinin, Trampa kosmosda silah yerlşdirilməsinin məhdudlaşdırılması haqqında yeni müqavilə bağlamağı da təklif edib. O cümlədən, sənəddə hər iki ölkənin müdafiə və xarici işlər nazirləri arasında “2+2” formatında danışıqlar aparmasını nəzərdə tutan yeni məsləhətləşmələr mexanizminin yaradılmasının mümkünlüyü qeyd olunub.
Xatırladaq ki, Trampla ilk dəfə 16 iyulda Helsinkidə təkbətək görüşən Putin nüvə silahlarının yayılmaması barədə müqavilənin şərtlərinə riayət edilməsindən doğan problemlərin həlli ilə bağlı amerikalı həmkarına təkliflər sənədi təqdim edib. Görüşdən sonrakı mətbuat konfransında Putin deyib ki, iki böyük nüvə gücü kimi ABŞ və Rusiya beynəlxalq təhlükəsizliyə görə xüsusi məsuliyyət daşıyırlar.

Bu xəbər oxundu
- - -