Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Fəratın Şərqindəki kürdlər üçün “Qamışlı modeli”

08.08.18, 9:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya özünün "Suriya planı"nı Vaşinqtona qəbul etdirib

Trampla Putin Helsinki zirvəsində “Böyük Suriya Planı”nın təməl prinsipləri üzərində anlaşdıqdan sonra, bu planın əsas elementlərindən biri olan Şimali Suriyada kürdlərlə bağlı atılacaq addımın nə olacağı məsələsi Vaşinqton-Moskva xəttində intensiv müzakirə edilməyə başlanıb. Mən bununla əlaqədar Vaşinqtondakı müvafiq qurumlara sualla müraciət etdikdə, son zamanlarda getdikcə daha çox “Qamışlı modeli” anlayışından bəhs edildiyini duyuram. Bunun nə anlama gəldiyini soruşduqda isə, Fəratın şərqi haqqında nələrin müzakirə edildiyi də bir az ortaya çıxmağa başlayır. Təbii, hər şey Prezident Ərdoğanın Putinlə danışmasından sonra keçiriləcək ikinci Tramp-Putin zirvə görüşünün ardınca dəqiqləşməyə başlayacaq, amma Şimali Suriya ilə bağlı görüşlərin hazırki durumu aşağıdakı kimidir.
“Strateq” “Habertürk”ün Vaşinqton təmsilçisinə istinadən yazır ki, Fəratın şərqindəki muxtar kürd qurumu modeli əsas etibarilə Rusiyanın hazırladığı bir plandır. Bu planın müəllifi də onu Vaşinqtonda birbaşa özü anladan Putinin Orta Şərq üzrə müşaviri və kürdlər üzrə mütəxəssis olan Vitali Naumkindir. Moskva fevral ayından bəri keçirilən intensiv təmaslar nəticəsində bu modeli Vaşinqtona da qəbul etdirib. Bu plana görə, Fəratın şərqində kürdlərə, mərkəzi Suriya rejimindən qopmamaları şərtilə, məhdud bir muxtariyyat veriləcək. Ruslar buna “Şimali İraq modeli” deyirlər və ABŞ-la keçirilən görüşlərdə də bu anlayışdan istifadə etdilər.
Bu qurum rəsmən Suriya dövləti daxilində yer alacaq, ancaq regional siyasi qərarlar ala biləcək, mədəni və iqtisadi məsələlərdə qismən muxtariyyat əldə edəcək. Vaşinqton-Moskva xəttində bu plan çərçivəsində ən intensiv müzakirə edilən mövzu planın, Türkiyənin reaksiyasını minimuma endirərək, necə həyata keçiriləcəyidir. Bununla əlaqədar israrla verdiyim suallara bir müddət idi ki, Vaşinqtondan dəqiq cavab ala bilmirdim, lakin son günlərdə “Qamışlı modeli” anlayışından bəhs edilməyə başlanıb.
Bir çox mənbə ilə bunun nə anlama gəldiyilə bağlı danışdıqdan sonra ortaya aşağıdakılar çıxır: Kürdlər, Qamışlıda olduğu kimi, bölgənin idarəçiliyini rejimlə paylaşacaq, ancaq rejim gücləri də bölgəyə girməyəcək. Rejim gücləri bölgənin həmən kənarında – sərhəddə yerləşəcək. Vaşinqtonda bu modelə əsasən yerləşəcək rejim güclərinin simvolik səviyyədə ola biləcəyini, ancaq bunların arxasında Rusiyanın da müşahidəçi kimi qüvvəsi olacağına görə, bunun təsirli olacağını söyləyirlər. Anlayacağınız odur ki, muxtariyyat yaranarsa, onun Türkiyəyə bir təhdid yaratmamasının təməldə Rusiya tərəfindən təmin edilməsi düşünülür.
YPG, Fəratın şərqindəki qurumun gələcəyini təminat altına almaq üçün Əsəd rejimi ilə görüşlərə də başlayıb.YPG heyətinə Ağ Evə çox yaxın və Vaşinqtonun yönləndirməsi altında olan İlham Əhməd başçılıq edir. Daha öncə Suriya Demokratik Şurasının (SDŞ) Vaşinqton təmsilçisi olan İlham Əhməd, tanıdığıma görə, “tipik PKK-lı” bir qadındır. Kürdlər rejimlə əməkdaşlıqlarını davam etdirmək üçün görüşlərdə “Əgər İdlibə bir hərəkat olacaqsa, biz də rejim qüvvələrilə birlikdə bu hərəkata qatılmaq istərik” təklifini də irəli sürüblər. Ayrıca, bu görüşlərdə “Qamışlı modeli”nin də müzakirə edildiyi öyrənilib, ancaq Vaşinqtonda hər iki məsələ ilə bağlı hazırda rejim tərəfindən verilmiş qəti bir cavabın olmadığı da söylənilir.

Bu xəbər oxundu
- - -