Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Artıq gecdir”

14.08.18, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Larisa Alaverdyan: “Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında bu günədək elə həmin Madrid prinsipləri var.
Ermənistanın “Hüquq pozuntularına qarşı” ictimai birliyinin icraçı direktoru, hüquq müdafiəçisi Larisa Alaverdyan dünən keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırkı danışıqlar prosesi ermənilər üçün heç də əlverişli və faydalı deyil.
“Danışıqlar masasında bizim əlimizdə artıq heç nəyimiz yoxdur. Yalnız Madrid prinsipləri var. Madrid sənədində isə biz Ermənistanın birinci prezidentinin (Levon Ter-Petrosyan) hələ o vaxt “Komsomolskaya pravda” qəzetinə müsahibəsində bəyan etiyi nəticəyə gəlmişik. Yəni konkret olaraq Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib, amma daha yüksək status çərçivəsində - muxtar əyalət yox, muxtar respublika kimi.” – deyə, erməni ekspert bildirib.
Alaverdyanın sözlərinə görə, Ermənistanın ikinci və üçüncü prezidentləri – Robert Koçaryan və Serj Sarkisyan Dağlıq Qarabağın birbaşa Azərbaycana tabe olmasının mümkünsüzlüyü və onun ayrıca müstəqil dövlət kimi tanınmasının vacibliyilə bağlı birmənalı və sərt bəyanatlar vermələrinə baxmayaraq, Madrid prinsiplərində göstərilən mərhələli həll variantı çərçivəsində belə bir müddəa əks olunmayıb. Beynəlxalq ictimaiyyət də Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır.
Danışıqlar prosesində Ermənistanın diplomatik fiaskosuna diqqət çəkən Alaverdyan vurğulayıb ki, nizamlanma masasındakı mövcud razılaşmalara zidd sərt bəyanatlarına baxmayaraq, Ermənistan Madrid prinsiplərindən birtərəfli qaydada imtina edə və bu razılaşmadan çıxa bilməz. Çünki artıq gecdir və belə addım İrəvanın beynəlxalq imicinə və mövqelərinə ciddi zərbə vura bilər. Bu kontekstdə Ermənistan rəhbərliyinə məsləhət verən Alaverdyan, Qarabağın Azərbaycanın tərkibində qalmasının qarşısını almaq üçün İrəvana başqa çərçivə və platformalarda intensiv iş aparmağı təklif edib.

Bu xəbər oxundu
- - -