Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağ səfərləri isə həmişə təbliğat xarakteri daşıyıb”

14.09.18, 9:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanın dövlət, hökumət başçılarının, nazirlərinin Dağlıq Qarabağa səfərləri mütamadi olur. Bu səfərlərin əksəriyyəti isə Qarbağda yaşayan ermənilərə bir növ “mənəvi” dəstək anlamı daşıyır.
Bu sözləri beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, onillərdir tanınmayan qondarma respublikada yaşayan insanların çoxu artıq yaşadıqları həyatdan bezib:
“Onları nə Ermənistanda, nə də yaşadıqları yerdə normal qəbul edirlər. Buna görə də imkan düşdükcə Dağlıq Qarabağı tərk etməyə üstünlük verirlər. Bu isə İrəvan üçün qəbulolunmaz bir haldır. Ona görə də Dağlıq Qarabağ ermənilərinin cüzi hissəsinə Ermənistan xarici pasportu veriblər. Digərləri bundan məhrumdurlar”.
Ekspert qeyd edib ki, hər dəfə danışıqlardan öncə belə səfərlərin olması da ilk dəfə deyil:
“Sözsüz ki, separatçıların rəhbərləri ilə də görüşlər olur. Amma sırf belə görüşlər naminə hər dəfə Dağlıq Qarabağa gedilməsi inandırıcı görünmür. Çünki separatçıların rəhbərləri istədikləri vaxt və tez-tez İrəvanla məsləhətləşmələrə gedirlər. Bütün təlimatlar da orada verilir. Qarabağ səfərləri isə həmişə təbliğat xarakteri daşıyıb və eyni zamanda Azərbaycanı qıcıqlandırmaq üçün vasitə kimi istifadə olunub. Bir başqa səbəb də ondan ibarətdir ki, danışıqlarda onları qane etməyən bir məsələ olanda dərhal bunu separatçı rejimin qəbul etməyəcəyi ilə əlaqəndirirlər”.
Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan gələn həftə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələcək. Mnatsakanyanın Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla bu ay görüşü gözlənilir.

Bu xəbər oxundu
- - -